Həvva İsa qızı Məmmədova () — tarixçi və ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Həyatı 1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur.Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.
1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir.
2001-ci ildə "Azərbaycan Demokratik Respublikası dövründə Qarabağın Dağlıq hissəsində erməni separatizminə qarşı mübarizə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.Məmmədova H.İ. Azərbaycan Demokratik Respublikası dövründə Qarabağın Dağlıq hissəsində erməni separatizminə qarşı mübarizə : tarix e. n. a. dər. al. üçün təq. ol. dis.: 07.00.02 /H. İ. Məmmədova ; AMEA, A. Bakıxanov ad. Tarix İn-tu. Bakı: 2001, 153 s.
2011-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının xarici siyasətində" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır.Məmmədova H.İ. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının xarici siyasətindəq: tarix e. d-ru e. dər. al. üçün təq. ed. dis-nın avtoreferatı : 07.00.02 /H. İ. Məmmədova; AMEA, Naxçıvan Bölməsi. Naxçıvan: 2011, 332 s.
6 kitabın və 40 elmi məqalənin müəllifidir.
Ailəsi Evlidir, 3 övladı var.
İctimai-siyasi fəaliyyəti Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir. Rus dilini bilir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olmuşdur. Azərbaycan-Danimarka, Azərbaycan-İsveç, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Kitabları
Qarabağ general-qubernatorluğunun erməni təcavüzünə qarşı mübarizəsi tarixindən səhifələr. Bakı: Şirvannəşr, 1999, 76 s. Xocalı: şəhidlər, şahidlər. Bakı: Yeni Nəşrlər Evi, 2003, 200 s. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920). Bakı: Nağıl Evi, 2006, 149 s.
Azərbaycan Respublikasının xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Bakı: Elm, 2009, 360 s.
Filmoqrafiya "Dağlıq Qarabağ: həqiqətlər, yalanlar…"Fuad. Həvva Məmmədova Dağlıq Qarabağla bağlı film çəkib: 35 dəqiqəlik sənədli filmdə xarici ekspertlər Dağlıq Qarabağ və Azərbaycanla bağlı öz fikirlərini səsləndirib: ["Dağlıq Qarabağ: həqiqətlər, yalanlar…" adlı film haqqında] //Paritet.- 2010.- 2–3 sentyabr.- S. 5.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimləri Kateqoriya:XXI əsr Azərbaycanın qadın yazıçıları Kateqoriya:Azərbaycanın qadın tarixçiləri