Şamil Kamil oğlu Nəcəfzadə () — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006).
Həyatı 1960-cı ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1984-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii filmlərdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor kimi calışıb. Əsərləri respublika və beynəlxalq sərgilərində nümayiş etdirilib.
31 iyul 2006-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Rəssam Kamil Nəcəfzadənin oğlu, rejissor Günel Nəcəfzadənin atasıdır.
Filmoqrafiya 36 kadr (film, 1996) 102 an (film, 2000) (sənədli film) (ANS tv) Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (Aztv)-rol: "əcnəbi" Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Ağ kətandakı adam (film, 2000) Ağ-qara dünya (film, 1991) Ağa, cəddinə qurban (film, 1993) Ailə (film) (tammetrajlı bədii film)-quruluşçu rəssam; rol: alıcı Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015) Bəşəriyyətin beşiyi (film, 2011) Cin mikrorayonda (film, 1985) Dad yaddaşı (film, 1996) Gün keçdi (rejissor, ssenari müəllifi) Hotdoq (film, 1998)Aydın Kazımzadə. Azərbaycan kinosu. Yığcam ensiklopediya (1898–2025). 4 cilddə. I cild. Bakı: TLM, 2026 - səh. 362 İmtahan (film, 1987) İnam körpüsü (relissor, ssenari möəllifi) — National Peace Foundation (ABŞ) İthaf (film, 1990) Kral ölür (film, 1994) Qala (film, 2008) Qısa monoloqlar (film, 2003) Leyli və Məcnun (film, 1996) Pirə qayıdan yol (film, 1994) Səma şairi (film, 2003) Sirli bənövşə Sonra-Sabah (rejissor, rəssam) Təxribat (film, 1989) Üfüqü ötənlər (film, 2011) Yarasa (film, 1995) Yeni il əhvalatı (film, 1986) Vətənin yüksək səması altında (film, 1987) (qısametrajlı sənədli film) (TV)
İstinadlar
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan telerejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Film rəssamları Kateqoriya:Ssenaristlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Humay" mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri