Anar Mithət oğlu Heybətov () — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017).

Həyatı Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib.

1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

Teatrdakı rolları

Mənim ərim dəlidir – Cangüdən "Lənkəran xanının vəziri" — Əziz ağa Rəqabət – Qaçay Hərənin öz payı – Meyxanaçı Ələkbər Hələ "Sevirəm" deməmişdilər – Qumarbaz Varlı qadın – Qara Hamlet – Laert Kaş araba aşmayaydı – Buxuti Mesenat – Zeynal bəy Səlimxanov Xurşidbanu Natəvan – Daşdəmir İmzanın hökmü (Muradın Kələkləri) – Murad Körpüdən mənzərə — Rudolfo "Müsyo Jordan və dərviş Məstəli şah" — Şahbaz bəy "Oğru cənnətdə" — Vinçenso De Pretore "Qarabağnamə" — Hüseynqulu xan "On ikinci gecə" — Sebestyan "Anamın kitabı" — Aslan bəy "Şekspir" — Drob 13 "Şah Qacar" — Cəfərqulu xan "Əmir Teymur" — Orxan "Silindr" — Rodolfo "Ölülər" — İsgəndər "Buratino" — Bazilio "Ah bu uzun sevda yolu" — Mikayıl Müşfiq "Zəfər yolu" — Zəfər "Xurşidbanu Natəvan" — Knyaz Xasay

Filmoqrafiya Ünvansız qız Bəyaz həyat — Murad Olacağa çarə yoxdur — Bəhlul Adam ol! 2 — Anar Sonuncu şahid — Mikayıl Kişiləri qoruyun — Orxan Cavid ömrü Ayrılıq imiş Qaydasız döyüş Dronqo — Ramazan Qeyri-adi müştəri — oğlan Qara pişik — musiqiçi Yaddaş Dolu Pərvanələrin rəqsi Tufanlı səma Səni ürəyim sevdi Sən olmasaydın — Fuad Bir qadın — Davud Xəyanət — İkram Qardaş Andı(hərbi teleserial)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları