Monteneqro Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 11 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. 2007-ci ildə müsabiqədə müstəqil respublika kimi qoşulan Monteneqro Avroviziyanın ən az uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 11 iştirakdan yalnız 2-də müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Monteneqronun indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2015-ci ildə Knezin ifa etdiyi "Adio" mahnısı ilə finalda 13-cü yeri qazanmaqları olmuşdur.
Maliyyə çətinlikləri və eyni zamanda müsabiqədə göstərilən məyusedici nəticələr səbəbindən Monteneqro 2010 və 2011-ci illərdə müsabiqədə iştirakdan imtina etmiş və 2012-ci ildə müsabiqəyə geri dönmüşdür.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 2007 Monteneqrcə Stevan Faddi "Ajde, kroči"Finala keçməyib 22 33 2008 Monteneqrcə Stefan Filipoviç "Zauvijek Volim Te" 14 23 2009 İngiliscə Andrea Demiroviç "Just Get Out of My Life" 11 44 2012 İngiliscə, Serbcə, Almanca Rambo Amadeus "Euro Neuro" 15 20 2013 Monteneqrcə Who See "Igranka" 12 41 2014 Monteneqrcə Sergey Çetkoviç "Moj Svijet" 19 37 7 63 2015 Monteneqrcə Knez "Adio" 13 44 9 57 2016 İngiliscə Highway "The Real Thing"Finala keçməyib 13 60 2017 İngiliscə Slavko Kaleziç "Space" 16 56 2018 Monteneqrcə Vanya Radovanoviç "Inje" 16 40 2019 İngiliscə D-moll "Heaven" 16 47
Səsvermə tarixçəsi Monteneqronun ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 66 2 60 3 58 4 50 5 35 Monteneqronun ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 20 2 17 3 16 4 12 12
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Qalereya
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində