Yaşar Ədilxan oğlu Əliyev () — general-leytenant.
Həyatı Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirmişdir.
1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləmişdir.
2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.
2011-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib.
15 may 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb.
Ailəlidir, bir övladı var.
Təltifləri 50px (1995) — "İgidliyə görə" medalı 50px (8 sentyabr 2020) — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinləri Kateqoriya:Azərbaycan DİN Baş Mühafizə İdarəsinin rəisləri