Merkava İsrail Milli Ordusu üçün istehsal olunmuş əsas döyüş tankıdır. Böyük Britaniya Çiften tanklarının İsrailə satışını dayandırdıqdan sonra İsraildə yeni tankın proqramı hazırlanmağa başlandı. 1970-ci ildə yeni tankın - Merkava-nın proqramı başa çatdı. Proqramın hazırlanmasına general-mayor İsrael Tal rəhbərlik edirdi. Tank 1973-cü ildə istehsal edilsə də, yalnız 1978-ci ildə rəsmi olaraq istismara verildi. Ümumilikdə 2500-3000 ədəd istehsal olunub. Merkava tankları ilk dəfə olaraq 1982-ci il Livan müharibəsində istifadə edilib. Hazırda yalnız İsrail Milli Ordusunun arsenalına daxildir.

Konstruksiya Dörd modeldən ibarət olan tankın ən yeni modeli Merkava IV-dür. Tankın motor bölməsi mina təhlükəsinə qarşı ön tərəfdə yerləşir. Beləcə motor tank əleyhinə idarə olunan roketlərə (TƏİR) qarşı da daha möhkəm qorunmuş olur. Tankın motoru istisna olmaqla, bütün hissələri İsrail istehsalıdır (motor alman istehsalı MTU-dur). Tankda baş verə biləcək yanğının qarşısını almaq üçün hidravlik sistem yerinə elektrik sistemi yerləşdirilib. İsrailin yarımsəhra və səhraları üçün nəzərdə tutulduğundan transportasiya üçün olduqca ağırdır (65 tondan çox). Sərbəst amartizator sistemi kələ-kötür ərazilərdə və ya dərin çuxurlarda digər tanklara görə daha çox sürət və manevr etmək imkanı verir.

Tank əleyhinə ən effektli silahlardan biri olan plastik anti-tank mərmiləri ilə təchiz olunub. Belə ki, yüksək zirehdeşmə qabiliyyəti ilə yanaşı sürətlə reaksiyaya girən və 4000 C dərəcəyə qədər temperatur yaradaraq zirehi maye halına gətirən anti-tank mərmiləri Merkavanın arsenalına daxildir. Bununla yanaşı bu mərmilərin yaratdığı yüksək temperatur tank heyətini də məhv edir.

Merkava mərmi, raket və istənilən növ tank əleyhinə silahlardan maksimum dərəcədə qoruna bilən zirehə malikdir. Merkavanın zirehinə kifayət qədər karbon əlavə edilib və zireh yüksək temperatura qarşı davamlı hala gətirilib.

244x244px|thumb|Merkava MK-IV

Döyüş tarixi

1982-ci il Livan müharibəsi Merkava tankları bu müharibədə geniş istifadə olunmuşdur. Bu döyüşlərdə əsas rəqibi Suriya ordusuna aid T-62 tankları və tank əleyhinə silahlar olmuşdur (RPQ-7, Malyutka). İsrail bu müharibə ərzində, Merkavalar da daxil olmaqla, 34 tank itirdi.

İkinci İntifada 2002-ci ilin fevralında, Qəzzə zolağında, Netrazim şəhəri yaxınlığında, yol kənarında baş verən ağır mina partlaması nəticəsində, Merkava III tankı sıradan çıxmışdır. Partlayış nəticəsində 4 nəfər hərbçi həlak olmuşdur. Bu İkinci İntifada ərzində sıradan çıxan ilk İsrail tankı idi. İkinci İsrail tankı (Merkava II və ya Merkava III) yenə eyni ərazidə, mina partlaması nəticəsində sıradan çıxmış, 3 nəfər hərbçi həlak olmuşdur. Döyüşlər ərzində növbəti Merkava III tankı Kissufim yaxınlığında vurulmuş, 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

2006 Livan müharibəsi Bu döyüşlər ərzində, 5 ədəd Merkava tankı sıradan çıxarılıb. İsrail ordusu tərəfindən döyüşlərdə istifadə olunan tankların təqribən 45%-i tank əleyhinə roketlərdən istifadə nəticəsində, zirehi zədələnmişdir. Ümumilikdə, müharibə ərzində 15 nəfər tank ekipajı həlak olmuşdur. Döyüşlərdə İsrail ordusuna qarşı, Hizbullah tərəfindən istifadə olunan TƏİR-lərə Rusiya istehsalı RPQ-29 "Vampir", "Konkurs", "Metis-M", "Kornet" roketləri aiddir. Ümumilikdə bu döyüşlər ərzində, 50 ədəd Merkava tankı zədə almış, bunlardan 8-i döyüşdə istifadə üçün yararlı olmuşdur. 21 tankın isə zirehi zədələnmişdir.

TƏİR atəşləri nəticəsində, ortalama hər tank heyətindən Yom Kippur müharibəsində 2 nəfər, 1982-ci il Livan müharibəsi ərzində 1.5, 2006-cı il Livan müharibəsi ərzində 1 nəfər həlak olmuşdur.

Xarici keçidlər

Merkava Mk 4 at Army-technology.com Merkava Mk 3 at Army-technology.com Merkava Mk 3 LIC at Defense-Update Merkava Mk 4 at Defense-Update Continued evolution at Defense-Update Merkava Mk 1,2,3,4 at War Online. The Armor Site! page on Merkava Complet liste of Merkava tank Israeli-Weapons.com Merkava Page External media Joel Chasnoff, "The 188th Crybaby Brigade: A Skinny Jewish Kid from Chicago Fights Hezbollah--A Memoir", 2010 Video links God's Chariot - al-Jazeera English, 2007

Kateqoriya:Tanklar