2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsi — 11-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 30 noyabr 2013-cü il tarixində Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Milli İncəsənət Sarayında "Be Creative" devizi altında keçiriləcək. Daha öncə 2009-cu ildə Kiyev şəhəri Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir. Həm də bu il ikinci il olacaq ki, müsabiqəyə ev sahibliyini son dəfə müsabiqədə qalib olan ölkə edəcək. 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 12 ölkə iştirak edəcək. Bu ölkələrdən San-Marino ilk dəfə olaraq müsabiqədə iştirak edəcək. Malta 2 illik, Makedoniya isə 1 illik fasilədən sonra müsabiqəyə qayıdıb. 2012-ci ildə müsabiqədə iştirak etmiş Albaniya, Belçika və İsrail isə 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina edib.

Kiyevdə keçirilən 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "The Start" mahnısı ilə Malta təmsilçisi Qayya Kauki qalib gəlib. Bu Maltanın müsabiqədəki ilk qalibiyyəti oldu.

İştirakçılar thumb|250px|JESC 2013 Map|İştirakçı ölkələrin xəritəsi

Səslər açıqlandıqdan sonra ilk üçlüyü qazanan ölkələr mükafatlandırılıb.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İsveçcə Eliias "Det Är Dit Vi Ska" Bizim Getdiyimiz Yol 9 46 02 Azərbaycanca, İngiliscə Rüstəm Kərimov "Me and My Guitar" Mən və Gitaram 7 66 03 Ermənicə, İngiliscə Monika Avanesyan "Choco Factory" Şoko-Fabrik 6 69 04 İtalyanca Mikel Perniola "O-o-o Sole Intorno A Me" O-o-o Ətrafımda Günəş İşığı 10 42 05 Makedonca Barbara Popoviç "Ohrid i Muzika" Ohrid və Musiqi 12 19 06 (ev sahibi) Ukraynca, İngiliscə Sofiya Tarasova "We Are One" Biz Birik 2 121 07 Rusca İlya Volkov "Poy so Mnoy" Mənimlə Oxu 3 108 08 Rumınca, İngiliscə Rafael Bobeika "Cum Să Fim" Necə Olum 11 41 09 Gürcücə, İngiliscə The Smile Shop "Give Me Your Smile" Mənə Gülüşünü Ver 5 91 10 Niderlandca, İngiliscə Milen və Rozann "Double Me" İki Dəfə Mən 8 59 11 İngiliscə Qayya Kauki "The Start" Başlanğıc 1 130 12 Rusca Dayana Kirillova "Dream On" Arzula 4 106

Qiymətləndirilməsi İştirakçılar 12 n. Uşaq münsif İSV AZƏ ERM S-M MAK UKR BELA MOL GÜR NID MAL RUS İsveç 12 1 4 3 5 1 2 5 6 1 4 0 2 Azərbaycan 12 4 7 0 2 2 10 0 3 10 3 6 7 Ermənistan 12 3 4 0 4 4 5 2 4 12 6 8 5 San-Marino 12 5 2 2 4 0 1 3 2 3 2 2 4 Makedoniya 12 0 1 1 2 0 0 1 0 0 1 1 0 Ukrayna 12 8 10 10 8 12 8 12 7 7 7 12 8 Belarus 12 10 5 6 6 6 7 8 10 8 8 10 12 Moldova 12 0 3 3 1 3 3 3 4 4 0 4 1 Gürcüstan 12 7 0 8 7 10 10 6 7 8 5 5 6 Niderland 12 2 6 5 5 1 5 4 6 1 2 7 3Malta 12 12 8 7 10 7 12 12 10 12 6 12 10 Rusiya 12 6 12 12 12 8 6 7 8 5 5 10 3

12 xallar Say İştirakçı ölkə 12 xal verən ölkələr 5 Malta Uşaq münsif, Makedoniya, Moldova, Niderland, Ukrayna3 Ukrayna Malta, San-Marino, Belarus Rusiya Ermənistan, Azərbaycan, İsveç1 Belarus Rusiya Ermənistan Gürcüstan

Digər Ölkələr - Albaniyanın RTSH telekanalı maliyyə problemləri səbəbindən Albaniyanın 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqladı. Albaniyanın 2014-cü ildə müsabiqəyə qayıtması mümkündür. - Belçikanın ictimai telekanalı VRT elan etdi ki, ölkə 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməyəcək. Belçika indiyədək hər il bu müsabiqədə iştirak etmişdi. - 21 oktyabr 2013-də rəsmi olaraq İsrailin 2013 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etməyəcəyi öz təsdiqini tapdı.

Həmçinin bax

2013 Avroviziya Mahnı Müsabiqəsi

Xarici keçidlər

JuniorEurovision.tv

İstinadlar

Kateqoriya:Avroviziya Uşaq Mahnı Müsabiqəsi