Qufi () — 1932-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır. Əsası Art Bebbit tərəfindən qoyulmuşdur. Qufi hündür, insanabənzər it olaraq hazırlanmışdır. Volt Disneyin digər məşhur qəhrəmanları olan Minni Maus və Donald Dakın onun ən yaxın dostudur. Bir çox cizgi filmlərdə bacarıqsız və ağılsız kimi nümayiş olunsa da, bəzi səhnələrdə o, özünəməxsus unikal beyin və yaddaşa məxsus olduğunu tamaşaçılara bildirir. 1930-cu illərdə personajın orijinal adı "Dippy Dawg" idi. 1950-ci illərdəki filmlərdə "George Geef" və ya "G. G. Geef" adı verilmişdir. Sonrakı illərdə adı elə Qufi olaraq qalmışdır.
İlk görünüşü Qufi ilk dəfə 25 may 1932-ci ildə "Mickey's Revue" qısametrajlı cizgi filmində görülmüşdür. Mikki Maus, Minni Maus və digər cizgi qəhrəmanların da yer aldığı filmdə müxtəlif mahnı və rəqsdən ibarət tamaşa göstərilmişdir.
Xarici keçidlər Goofy Imdb.com character
Kateqoriya:Personajlar Kateqoriya:25 mayda yarananlar Kateqoriya:1932-ci ildə yarananlar Kateqoriya:Uydurma cəngavərlər Kateqoriya:Uydurmada danışan heyvanlar Kateqoriya:Disney personajları Kateqoriya:Mediafranşizalar Kateqoriya:Disney cizgi filmləri Kateqoriya:Uydurma itlər Kateqoriya:Kişi komiks personajları