Macarıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 17 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Macarıstan həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Macarıstan müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Friderika Bayer ifa etdiyi "Kinek mondjam el vétkeimet?" mahnısı ilə dördüncü yeri qazanmışdır. Bundan başqa isə Macarıstan bir daha 2014-cü ildə Andras Kallay-Saundersin ifa etdiyi "Running" mahnısı ilə müsabiqədə ilk beşlikdə yer almışdır.
Macarıstan göstərdiyi zəif nəticələr səbəbindən 1996 və 1999-cu illərdə müsabiqədən kənarlaşdırılmışdır. Kənarlaşdırılmanın müddəti bir il olsa da, Macarıstan iştirakdan imtina edərək bir daha müsabiqəyə 2005-ci ildə geri dönmüşdür.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1994 Macarca Friderika Bayer "Kinek mondjam el vétkeimet?" 4 122Yarımfinal olmayıb 1995 Macarca Çaba Siqeti "Új név a régi ház falán" 22 3 1997 Macarca V. I. P. "Miért kell, hogy elmenj?" 12 39 1998 Macarca Çarli "A holnap már nem lesz szomorú" 23 4 2005 Macarca NOX "Forogj, világ!" 12 97 5 167 2007 İngiliscə Maqdi Ruja "Unsubstantial Blues" 9 1282224 2008 İngiliscə, Macarca Çezi "Candlelight"Finala keçməyib 19 6 2009 İngiliscə Zoli Adok "Dance with Me" 15 16 2011 İngiliscə, Macarca Kati Volf "What About My Dreams?" 22 53 7 72 2012 İngiliscə Compact Disco "Sound of Our Hearts" 24 19 10 52 2013 Macarca ByeAlex "Kedvesem" 10 84 8 66 2014 İngiliscə Andras Kallay-Saunders "Running" 5 1433127 2015 İngiliscə Boqqi "Wars for Nothing" 20 19 8 67 2016 İngiliscə Freddi "Pioneer" 19 108 4 197 2017 Macarca Yoçi Papai "Origo" 8 2002231 2018 Macarca AWS "Viszlát nyár" 21 93 10 111 2019 Macarca Yoçi Papai "Az én apám"Finala keçməyib 12 97
Səsvermə tarixçəsi Macarıstanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 67 2 53 53 4 52 5 51 Macarıstanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 68 2 67 3 61 4 53 5 50
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Qalereya
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində