Bəxtiyar Əli oğlu Aslanbəyli () — BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru, Beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssis.
Həyatı Bəxtiyar Əli oğlu Aslanbəyli 7 avqust 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib. 1997 və 1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəkxalq hüquq fakültəsinin bakalavr və magistr pilləsini bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə PricewaterhouseCoopers şirkətində başlayıb. 2002-ci ildən bp şirkətində çalışır. 2015-ci ildən bp-nin regional vitse prezidentidir. Pedaqoji fəaliyyətə 1997-ci ildən başlayıb. Hal hazırda Bakı Dövlət Universteti, ADA universiteti və Bakı Ali Neft Məktəbində mühazirələrə davam edir. Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür. Ehtiyatda olan zabitdir.
Təhsili 1993–1997 – Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi (fərqlənmə ilə) 1997–1999 – Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi (fərqlənmə ilə) 2001–2003 – Azərbaycan Dövlət İqtisad Universitetinin Yenidənhazırlama və ixtisasartırma fakültəsi, iqtisadçı ixtisası 2000–2004 — Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Hüquq İnstitutunun dissertanturası
Ailəsi Ailəlidir, üç övladı var.
Əmək fəaliyyəti 1998–2002 – PricewaterhouseCoopers Azərbaycan, Vergi məsləhətçisi 2002–2009 – BP Azərbaycan, vergi müşaviri 2009–2012 – BP Azərbaycan, Vergi hesabatları və nəzarət bölümünün rəhbəri 2012–2015 – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Vergi və gömrük direktoru 2015–2020 – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə Kommunikasiya və Xarici əlaqələr, Strategiya və Region üzrə vitse-prezidenti 2020–2021 – BP-nin Yaxın Şərq və Xəzər ölkələrində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti 2021 – BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti
İctimai fəaliyyəti 2022 - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvu 2021 - Azərbaycan Basketbol Feserasiyasının Rəyasət Heyətinin üzvü 2019 — Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü 2017–2019 — Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının üzvü 2015–2017 — Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergi və gömrük komitəsinin sədri
Elmi və pedaqoji fəaliyyəti 1997–1999 — Təfəkkür Universitetinin Hüquq elmləri kafedrasının müəllimi 1999–2006 — BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi 2006 — BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi (hal-hazırda əvəzçilik üzrə) proqramında (Black Sea Security Program) qonaq mühazirəçi 2015 (yanvar) — ADA Universitetinin İctimai və beynəlxalq əlaqələlr fakültəssinin müəllimi (hal-hazırda xidmət müqaviləsi üzrə) 2015 (noyabr) — Bakı Ali Neft Məktəbinin İngilis dili və Humanitar fənnlər mərkəzinin baş müəllimi (əvəzçilik üzrə) 2020 — İqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid Təhsil standartlarının hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın üzvü. 2022 - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvu. Akademik maraq dairəsi beynəlxalq vergi hüququ, enerji geosiyasəti, neft-qaz sektorunun siyasi iqtisadı, milli və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir.
Nəşrləri Səfir hüququnun kodifikasiyası – Bakı, "Gənclik" nəşriyyatı, 1997
NATO SPS Series "Energy Security in the Wider Black Sea Area — National and Allied Approaches, Brussels, IOS Press, 2013, ISSN 1874–6276 (Məqalə: "Critical infrastructure aspects of energy security: Azerbaijan and Regional context") Security in the Black Sea Region: Shared challenges, sustainable future, Bucharest, 2015, ISBN 978-606-532-146-5 (Məqalə: "New format of cooperation with NATO for the protection of critical energy infrastructure in Azerbaijan")
Seçilmiş əsərləri 2008, Evolution of Parlamentaranism in Azerbaijan (Azərbaycanda parlamentarizmin təkamülü) 2008, "Enerji diplomatiyası" fənninin proqramı 2008, "Beynəlxalq münasibətlərdə parlamentin rolu" ixtisas kursunun proqramı 2007, Azərbaycan Respublikasının imzaladığı Hasilıatın Pay Bölgüsü tipli Sazişlərdə beynəlxalq vergitutma məsələləri 2006, "MDB ölkələrinin xarici siyasəti" fənninin proqramı (həmmüəllif) 2006, The International Agreements signed with Foreign Investors in Azerbaijan Oil and Gas Industry: Production Sharing and International Taxation Matters (Azərbaycanın neft və qaz sənayesində xarici sərmayəçilərlə imzalanmış beynəlxalq müqavilələr: hasilatın pay bölgüsü və beynəlxalq vergitutma məsələləri) 2006, Management of Oil and Gas revenues in Azerbaijan (Azərbaycan Respublikasının neft-qaz gəlirlərinin idarə olunması) 2005, Разработка энергоресурсов Каспия: воздействие на региональную экологическую безопасность (həmmüəllif) (Xəzərin enerji resurslarının hasilatı: regional ekoloji təhlükəsizliyə təsiri)) 2005, Beynəlxalq vergi müqavilələrinin təkamülü 2004, Diplomatik hüququn Vyana Konvensiyasına (1961) qədərki inkişafı 2003, Beynəlxalq vergi münasibətlərinin məcəllələşdirilməsi 2003, İkiqat vergitutmanın aradan qaldırılması haqqında OECD və BMT model konvensiyalarının müqayisəli təhlili 2003, Avropa Şurası Parlament Assambleyasının əsas fəaliyyət mexanizmləri
Təltif və mükafatları 2017 – "Tərəqqi" medalı (Azərbaycan Respublikası Prezidentinin 3241 nömrəli sərəncamı, 19 sentyabr 2017) 2021 – "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalı (Təhsil nazirinin K-440 nömrəli əmri, 8 may 2021) 2019 – "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı (Təhsil nazirinin K-1827 nömrəli əmri, 6 dekabr 2019) 2016 – "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" Dövlət Gömrük Komitəsinin döş nişanı (DGK sədrinin 100/93 nömrəli əmri, 26 yanvar 2017) 2014 – ARDNŞ-in fəxri fərmanı (ARDNŞ prezidentinin 14–1000/21–33-000096 nömrəli əmri, 14 sentyabr 2012) 2023 – "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı 2026 – "Britaniya imperiyası" ordeninin zabit dərəcəsi (OBE) 2026 – "Şöhrət" ordeni
İstinadlar
Xarici keçidlər Bəxtiyar Aslanbəyli Rəhbərlik TEDx
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri