AğabəyovlarZeynalov, S. "Ağabəyovlar" bədii serialının təqdimatı keçirilib: ["Nizami" Kino Mərkəzində rejissor Vahid Mustafayevin eyniadlı filminin təqdimatının keçirilməsi haqqında] //Respublika.- 2012.- 20 sentyabr.- S.8. — bədii serial rejissor Vahid Mustafayev tərəfindən 2012–2014-cü illərdə ekranlaşdırılmışdır. Film Bakıfilm kinostudiyasında istehsal edilmişdir. Hadisələr Ağabəyovlar adlı varlı və kifayət qədər nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. Filmdə əsas rolları Telman Əliyev, Mina Sovetski, Rövşən Məmmədli, Ruslan Mürsəlov, Yasəmən Malik, Azər Aydəmir, Umnisə Hacıyeva, Aydın Əliyev, Oleq Əmirbəyov və Yeganə Hüseynli ifa edirlər.

Məzmun Hadisələr Ağabəyovlar adlı varlı və kifayət qədər nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. İldırımın (Telman Əliyev) həyat yoldaşı Gövhər bir neçə ilə bundan əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Birinci nikahından olan böyük oğlu Kamran (Azər Aydəmir) vəkildir, qızı Gülarə (Nigar Bahadırqızı) bizneslə məşğul olur, kiçik qızı Ləman (Mina Sovetski) bir vaxtlar şoubiznesdə özünü sınayıb, sonra atasının təkidi ilə müğənnilikdən uzaqlaşıb. Evin sonbeşiyi Pərviz (Oleq Əmirbəyov) isə universitetdə oxuyur.

Dramın digər məşhur ailələrindən biri zadəgan əsilli Atakişiyevlərdir. Ailənin başçısı İlyas (Aydın Əliyev) İldırımın köhnə qonşusu və düşmənidir, lakin buna baxmayaraq, İlyasın övladları Samir (Eşqin Quliyev; Niyaz İlyasoğlu) və Samirə (Umnisə Hacıyeva) İldırımın uşaqlarına qarşı kin bəsləmir, əksinə Pərvizlə Samirənin arasında hələ məktəb illərindən bir sevgi dolaşmaqdadır. İlyasın həyat yoldaşı Dilbər (Yasəmən Malik), ərindən münaqişə zəminində ayrılıb, tez-tez Avropaya səyahət edir.

Dramın üçüncü ailəsi Əhmədovlardır. İldırımın tikintisində fəhlə kimi çalışan, halah zəhməti ilə ailəsini dolandıran Rüstəm Əhmədovun (Məhərrəm Musayev) iki övladı var: oğlu Murad (Rövşən Məmmədli) İldırımın kiçik Ləmanla eşq macərası yaşayır, qızı Lalə (Lalə Məmmədova) isə təmkinli və yerişini bilən gözəl bir xanımdır.

2007-ci ildə, yəni hadisələrin cərəyan etdiyi tarixdən beş il öncə, Ağabəyovların malikanəsindəki kabinetdə baş verən qətl hadisəsi hamını şoka salır. Ailənin başçısı İldırım Ağabəyovun oğlu Farik (Rüfət Nəzərov) naməlum şəraitdə qətlə yetirilir. Bu qətldə təqsirli bilinən, qonşuluqda yaşayan Rüstəm Əhmədovun oğlu və ən əsası İldırımın kiçik qızı Ləmanın sevgilisi Murad həbs olunur. Beş il ötür və ölkə başçısının imzaladığı əfv fərmanı ilə Murad azadlığa buraxılır, yaşadığı qəsəbəyə qayıdır. Yenicə nişanlanmış Ləmanın və ümumilikdə bütün Ağabəyovların həyatı bundan sonra dəyişir… İldırım qızının taleyinə görə istənilən addımı atmağa hazırdır, lakin onu narahat edən başqa bir səbəb də var. Ağabəyovların evində xidmətçi işləyən Nərmin qisas almağa hazırlaşır…

Film haqqında Serialın təqdimatında tədbirin xüsusi qonağı Amerika televiziya seriallarının ulduzu, məşhur "Santa-Barbara" serialından tanıdığımız Meyson rolunun ifaçısı aktyor Leyn Hant Deyvis də iştirak etmişdir. Azərbaycanda serialın təqdimatı bir ilk olduğu kimi, dünya səviyyəli aktyorun dəvət olunması da ilk idi. "Ağabəyovlar" serialı 100 seriya nəzərdə tutulmuşdu. Serialın 57 bölümünün ssenarisi artıq yazılmışdı. Çəkilişlər "Bakı Film" kinostudiyasının pavilyonunda aparılırdıBu gündən "Ağabəyovlar" serialının nümayişi başlayır. , lakin serialın 61 seriyası yayımlandı və yarımçıq qaldı. Serialda işlədilən nalayiq ifadələrə görə ANS telekanalına Milli Televiziya və Radio Şurası tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir.

Filmin üzərində işləyənlər Ssenarist: Vahid Mustafayev, Kamran Qasımov Rejissor: Vahid Mustafayev Operator: Saman Əhmədi Prodüser: Mirşahin Ağayev, Eyyub Danişvər Rəssam: Məcid Əli İslam Bəstəkar: Yaşar Baxış

Rollarda Telman Əliyev — İldırım Ağabəyov Mina Sovetski — Ləman Ağabəyova Rövşən Məmmədli — Murad Əhmədov Ruslan Mürsəlov — Natiq Yasəmən Malik — Dilbər Atakişiyeva Azər Aydəmir — Kamran Ağabəyov Umnisə Hacıyeva — Samirə Atakişiyeva Aydın Əliyev — İlyas Atakişiyev Oleq Əmirbəyov — Pərviz Ağabəyov Yeganə Hüseynli — Nərmin İlqar Musayev — Hikmət Həşimov Zülfiyyə Əlihüseynova — Nərmin Elmira Şabanova — Mina Soltan xanım Eşqin Quliyev — Samir Atakişiyev Niyaz İlyasoğlu — Samir Atakişiyev Məsumə Babayeva — Zöhrə Lamiyə Novruzova — Məryəm Əliyeva Xuraman Əliyeva — Məryəm Əliyeva Nigar Bahadırqızı — Gülarə Ağabəyova Məhərrəm Musayev — Rüstəm Əhmədov Nəcibə Hüseynova — Səriyyə Əhmədova Lalə Məmmədova — Lalə Əhmədova Təhminə Məmmədova — Cəmilə Camal Ələsgərov — Nihat Rüfət Nəzərov — Farik Ağabəyov Zemfira Əbdülsəmədova — naməlum qadın Oqtay Quliyev — balıqçı Mahir Mirişov — Kərim Babazadə

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2012-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri Kateqoriya:2012-ci ilin Azərbaycan teleserialları