Rauf Canbaxış oğlu Abdullayev () — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (1984–2023), professor (1982), Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018).

Həyatı Rauf Abdullayev 1937-ci ildə anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1959-cu ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və 1965-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasını dirijorluq üzrə bitirmişdir.

1965–1968-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, 1968–1984-cü illərdə baş dirijoru, 1984–2023-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1991–1997-ci illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çox ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kollektivlərə dirijorluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

Ailəsi Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijor Kamal Abdullayevin və qoboyçu Azər Abdullayevin qardaşıdır.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 may 1970Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 may 1970-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 (1985–1987-ci illərdə konsert proqramları üçün) Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976 "İstiqlal" ordeni — 28 oktyabr 2017 "Şərəf" ordeni — 22 oktyabr 2012 "Şöhrət" ordeni — 6 dekabr 1997 "Xalqlar dostluğu" ordeni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 7 iyul 1967, 24 fevral 1979 "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2018İlham Əliyev Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib . president.az, 10.05.2018 I dərəcəli "Əmək" ordeni — 28 oktyabr 2022-ci ilR. C. Abdullayevin 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Heydər Əliyev" mükafatı — 10 may 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (7 fevral 2024)

Rauf Abdullayev 1991-ci ildən 1997-ci ilədək baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə Türkiyədə "İlin ən yaxşı dirijoru" adına layiq görülmüşdür.

Filmoqrafiya Babək (film, 1979) Yeddi gözəl (film, 1982) Qətl günü (film, 1990) Özgə vaxt (film, 1996) Könül nəğməsində variasiyalar (film, 2002) Maestro (film, 2002) Bir anın həqiqəti (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Məhkumlar (film, 2006) Cavid ömrü (film, 2007) Maestro Niyazi (film, 2007) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Buta (film, 2011) Tərsinə çevrilən dünya (film, 2011) Sübhün səfiri (film, 2012)

İstinadlar

Xarici keçidlər Rauf Abdullayevin rəsmi saytı Rauf Abdullayevin yubileyi keçiriləcək

Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Azərbaycanlı dirijorlar Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:SSRİ dirijorları