Reza Deqati və ya Rza Diqqəti () — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist.

Həyatı Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur. İnqilaba qədər olan hadisələri, eləcə də inqilab və inqilabdan sonra baş verən hadisələri qeyd alır, lakin sonradan 1981-ci ildə özünə qarşı artan təzyiqlərdən sonra ölkəni tərk edərək Fransaya gedib. 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti il əməkdaşlığa başlayır və cəmiyyətin bir çox layihələrini həyata keçirib. Onun çəkdiyi şəkillər 25 jurnalın üz qabığı olub. 1992-ci ildə öz həyat yoldaşı yazıçı Reyçel Deqati ilə birlikdə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyurlarRachel Deghati Linkedin .

1990-cı ildə o fotojurnalist karyerasına ara verərək Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatının məsləhətçisi olaraq ölkənin şimal əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərir. 1996-cı ildə o, YUNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlayır. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini və ya övladlarını itirmiş valideynlərə öz övladlarını tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasıdan olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmişdir. 1998-ci ildə Azərbaycanda qaçqın uşaqlar üçün məktəbin tikintisində iştirak etmişdir. 2001-ci ildə Əfqanıstandakı uşaq və qadınların təhsili məsələləri ilə məşğul olan AINA xeyriyyəçilik assosiasiyasının əsasını qoymuşdur. Bu assosiasiyanın tələbələrindən biri Məsud Hüseyni 2012-ci ildə Pulitser mükafatına layiq görülmüşdür. 2009-cu ildə assosiasiya tərəfindən təlimdə iştirak etmiş əfqanların sayı 1000 nəfəri keçdikdən sonra assosiasiya tamamilə azad olmuşdur. Hazırda bu məktəblərdə təlim görən əfqanlar Banqladeş, Çin, Fransa və digər ölkələrdə fotoqraf olaraq fəaliyyət göstərirlər.

Azərbaycanla bağlı fəaliyyəti Tanınmış fotojurnalist Azərbaycan Respublikasına ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycan Respublikasında yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Rza Diqqəti 20 yanvar hadisələrini, o cümlədən Xocalı soyqırımının şahidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən Şuşa, Zəngilan, Cəbrayıl rayonlarında baş verən hadisələri fotoyaddaşa köçürüb.

Birinci Qarabağ müharibəsindən sonra Rza qaçqın və məcburi köçkünlərlə görüşərək, onların şəkillərini çəkib. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.

Rza Diqqəti Qərbi Azərbaycan ostanında (bölgəsində) yerləşən Urmiya gölündə baş verən ekoloji fəlakətə qarşı daima narahatlığını bildirərək, buradakı vəziyyəti İran hökumətinin güney azərbaycanlılara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin bir hissəsi olduğunu qeyd edib.

2014-cü ildə "Alovun zərifliyi" və "Qara Yanvar", "Dağlıq Qarabağ və Xocalı soyqırımı" hadisələrinə həsr edilmiş "Körpələrin döyülməsi" kitablarını yazmışdır. "Alovun zərifliyi" kitabında müəllifin Azərbaycan Respublikasına səfərləri zamanı çəkdiyi fotolar, Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb.

Müəllif, eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. "Günahsızların qırğını" kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Sərgi zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acılarını, Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün şəhərcikdən fotolar da yer alıbRza Diqqətinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı olub .

Həmçinin Parisdə Petit Palais-də "Alovun zərifliyi" adlı sərgi keçirmişdir. 2013-cü ildə isə Parisdə Rza Diqqəti "Azərbaycan. Tolerantlıq məkanı" sərgisi keçirilib. Həmin sərgi sonralar MoskvadaRusiyadakı sərgi, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.

Xatirələri 200px|thumb|left|Xatirələrində bəhs etdiyi müəllifə ən çox təsir edən foto. Faciədən 3 gün sonra oğlu və həyat yoldaşının cəsədini Ağdamda tapan qadın.

Kitabları

Paix en Galilée, :fr:Les Éditions de Minuit, 1983 Bayan Ko, Jaca Book, 1986 Paris-Pékin-Paris, Editions d’Art Phoebus, 1987 Air Race Around the World, Imax, 1992 Kurdes. Les chants brûlés, Benteli, 1993 Massoud, des Russes aux talibans, 20 ans de résistance afghane, n°1, 2001 La France. Midi-Pyrénées et Languedoc Rousillon, Milli Coğrafiya Cəmiyyəti, 2001 Eternités Afghanes, Editions du Chêne et Unesco, 2002 Le pinceau de Bouddha, La Martinière, 2002 Plus loin sur la Terre, Hors Collection, 2002 Destins Croisés — Carnets d’un reporter photographe, Hors Collection, 2003 Insouciances, Castor & Pollux, 2004 Sur la Route de la Soie, Hoëbeke, 2007 Reza War + Peace, Focal Point, 2008 Reporters Sans Frontières — 100 photos pour la liberté de la presse, RSF, 2008 Vers l’Orient, Sindbad par Reza, :fr:Glénat, 2009 Chemins Parallèles, Hoëbeke, 2009 Sindbad by Reza, Glénat, 2009 derrière l’Objectif, Hoëbeke, 2010 Les âmes rebelles (Rebellious souls), Democratic Books, 2010 L’Envol, La Conférence des Oiseaux (Soaring: The Conference Of The Birds), Democratic Books, 2010 Au pays des mille et une nuits, 2011 Ocho viajes con Simbad, La Fabrica, 2011 L’Envol, la Conférence des oiseaux, Democratic Books, 2011 Algérie, Michel Lafon, 2012 Learning a living, Bloomsbury Qata Foundation Publishing, 2012 The Elegance of Fire, 2014 The Massacre of the Innocents, 2014 Kurdistan Renaissance'', Webistan, Paris, 2017 "Iran, Rêves et Dérives" Hoebeke/Gallimard publisher, Paris, 2019;

Mükafatları 1983-cü il "World Press Photo" müsabiqəsində Xroniki Sujetlər kateqoriyasında 2-ci yerə layiq görülüb. 1986-cı ildə "World Press Photo" müsabiqəsində Xroniki Sujetlər kateqoriyasında 2-ci yerə layiq görülüb. 1996-cı ildə Ruandadakı qaçqın düşərgələrində çəkdiyi fotolara görə UNİCEF-in "Ümid" mükafatı alıb. 2003-cü ildə İspaniyada Prix Liber Press tərəfindən mükafatlandırılıb. 2005-ci ildə Fransanın Xidmətlərə görə ordeni ilə təltif edilib. 2006-cı ildə Milli Coğrafiya Cəmiyyətinin təmsilçisi kimi "Asturiya şahzadəsi" mükafatına layiq görülüb. 2006-cı ildə Missuri Jurnalistika Məktəbinin ən yaxşı jurnalisti adını qazanaraq Missuri Şərəf Medalına layiq görülüb. 2006-cı ildə Kolumbiya Jurnalistika Məktəbinin Fəxri Jurnalist medalına layiq görülüb. 2008-ci ildə Ashoka fondunun aparıcı elmi işçisi adına layiq görülüb . 2009-cu ildə Parisdəki Amerikan universitetinin fəxri doktoru adını alıb. 2009-cu ildə nailiyyətlərinə görə Lucie Award mükafatına layiq görülüb. 2010-cu ildə fotojurnalistika sahəsi üzrə Infinity Award mükafatına layiq görülüb. 2013-cü ildə Dubayda Photography Appreciation Award mükafatı ilə mükafatlandırılıb. 2023-cü ildə "Laçın" döş nişanı ilə təltif olunub. 2025-ci ildə Xankəndidə keçirilən VI Yay Diaspora Gəncləri Düşərgəsi çərçivəsində diaspor fəaliyyəti sahəsindəki xidmətlərinə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilmişdir.

Çəkdiyi şəkillər

Xarici keçidlər

Foto — dünyanın ən qüvvətli və ən universal dili | Rza Diqqəti Rza Diqqətinin çəkdiyi "Əfqan döyüşçü" sənədli filmi Rza Diqqətinin çəkdiyi "Reza obyektivdən atəş açır filmi"

İstinadlar

Kateqoriya:Fransa azərbaycanlıları Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Fransa fotojurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Fransa fotoqrafları Kateqoriya:Hərbi jurnalistlər Kateqoriya:"Laçın" döş nişanı ilə təltif edilənlər Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:İran şəxsləri