Əmirxan Xəlilov () — professor.

Həyatı 23 fevral 1937-ci ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) şəhərində anadan olmuşdur.

Orta məktəbi Marneuli (Sarvan) şəhərində bitirmiş, 1956–1961-ci illərdə BDU-da təhsil almışdır

Təhsili elmi dərəcə və adları 1961-ci ildə BDU-nu bitirmişdir 1968-ci ildə "Cəfər Cabbarlının ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1987-ci ildə "Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1920–1980)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir 1971-ci ildən dosent, 1988-ci ildən etibarən professor elmi adlarını almışdır

Əmək fəaliyyəti 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş və 1968-ci ildə bitirmiş, elmi işçi vəzifəsində işləmişdir.

1970-ci ildən BDU-da "Rus ədəbiyyatı tarixi", "Türk və şərqi slavyan xalqları ədəbiyyatı", "Dünya ədəbiyyatı" kafedralarında çalışmışdır "Rus ədəbiyyatı" və "dünya ədəbiyyatı" fənlərindən mühazirələr oxuyur.

170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir.

3 elmlər namizədi yetişdirmişdir.

Məmməd Araz adına "İti qələm" mükafatı laureatı adını almışdır.

Tədqiqat sahəsi Filologiya, tənqid və ədəbiyyatşünaslıq

Beynəlxalq seminar və simpoziumlarda iştirakı Riqa və Daşkənddə (1975–1976-cı illər) ədəbi-elmi konfranslarda məruzə ilə çıxış etmişdir

Seçilmiş əsərləri "Məmməd Araz və çağdaş Azərbaycan poeziyası" "Sergey Yesenin şərq-qərb kontekstində" "Əliağa Kürçaylının poetik tərcümələri" "Asif Asimanın söz asimanı" "Şair Zəlimxan Yaqub və müasir Azərbaycan poeziyası"

Kitablar "Cəfər Cabbarlı: sənət və sənətkarlıq". Bakı. 1974, "Rus sovet ədəbiyyatı tarixi".(Müəlliflərdən biri), Bakı. 1976, "Sergey Yesenin və Azərbaycan". Bakı. 1977, "Aleksandr Blok və Azərbaycan poeziyası". Bakı 1980, "Ədəbi üfüqlər". Bakı 1985, "Poeziya, həyat və mənəviyyat". Bakı 1990, "Sənət həyata bələdçidir". Bakı 1992, "XX əsr rus ədəbiyyatı tarixi". Bakı 1995, "Sergey Yesenin: Mərdəkanın qızıl payızı və yazı". Bakı 1996, "Günəşi içirik, günəşlənirik (tənqidçi Əli Nazim)". Bakı 2000, "Məmməd Araz dühası". Bakı 2002, "Şair Əliağa Kürçaylı". Bakı 2003 "Olimpə gedən yol (Xalq şairi Zəlimxan Yaqub)". Bakı 2005,

Mənbə Əmirxan Xəlilov

Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:"Məmməd Araz" mükafatı laureatları