Eyvaz Əbdürəhman oğlu Məmmədov () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ədliyyə naziri (1970–1980).
Həyatı Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1938–1944-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.
1944–1965-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən Eyvaz Məmmədov 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini, Azərbaycan SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası sədrinin müavini vəzifələrində işləmişdir.
Eyvaz Məmmədov 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən təsis olunduqda nazir vəzifəsinə təyin edilmiş, 1980-ci ildə təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. O, 1942-ci ildə ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 8 və 9-cu çağırış deputatı seçilmişdir.
Həmçinin bax Azərbaycan ədliyyə nazirlərinin siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan SSR ədliyyə nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri