2 nömrəli Bakı Baza Tibb Kolleci (əvvəlki adı: 2 nömrəli Bakı Baza Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi""Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli 182 nömrəli Qərarı.
Tarixi Əvvəlki adı 2 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır."Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 nömrəli Qərarı.
2 nömrəli Bakı Baza Tibb Kolleci hüquqi formasına görə dövlət, hüquqi şəxs statusuna malik, orta ixtisas təhsilli mütəxəssis hazırlayan və orta tibb və əczaçı ixtisas təhsilli işçilərin ixtisasartırılma və təkmilləşdirmə proseslərini həyata keçirən tədris müəssisəsidir.
Fəaliyyət göstərdiyi müddətdə səhiyyə müəssisələri üçün 26380 orta ixtisaslı tibb işçisi yetişdirmişdir. Kollecin məzunları təkcə Azərbaycanda deyil, həmçinin yaxın və uzaq xarici ölkələrdə də öz vəzifə borclarını yerinə yetirərək əhaliyə xidmət göstərir.
Direktorları Dilarə Əli qızı Məmmədəliyeva (2007-ci ildən)
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Mamalıq işi; Tibbi profilaktika; Ortopedik stomatologiya; Əczaçılıq; Tibb bacısı işi; Laboratoriya diaqnostikası.
Həmçinin bax 1 nömrəli Bakı Tibb Kolleci
İstinadlar
Kateqoriya:Bakı kollecləri Kateqoriya:Tibb məktəbləri