Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci (Əvvəlki adı:Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi<ref> ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı. </re</ref>
Tarixi Kollec 1922-ci ildən fəaliyyət göstərir. Yarandığı ilk illərdə kollec S. Ağamalı adına "Yer quruluşu" texnikumu adlandırılıb. O vaxtdan texnikumun adı bir neçə dəfə dəyişdirilib. 1963-cü ildən kollecə "Bakı Plan-Uçot Texnikumu" adı verilib. 2002-ci ildən isə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adını daşıyır. Bütün ölkədə olduğu kimi, bu kollecdə də təhsilin məzmununda dəyişikliklər aparılıb. Kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə orta ixtisas təhsilinin standartları və buna müvafiq yeni tədris planları və proqramları hazırlanıb. Kollecdə 7 fənn birləşməsi xidmət göstərir.
11 iyul 2020-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.
Ailə və ev təhsili;
Məktəbəqədər təlim və tərbiyə;
Kitabxana-informasiya təminatı;
Arxiv işi və kargüzarlığ;
Mühasibat uçotu;
Maliyyə işi;
Bank işi;
Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı kollecləri Kateqoriya:26 avqustda yarananlar Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakı Dövlət Universitetinin kollecləri