Amrita Arora (31 yanvar 1981) — Bollivud aktrisası.

Həyatı Arora Çemburda Coyse Polikarp və Anil Arora ailəsində dünyaya gəlib. O Mumbaydakı Loreto qadın monastrında da olub. Amritanın bacısı Malaika Araro Xandır. Amritanın 2010-cu ildə dünyaya gəlmiş Azan adlı oğlu var. 2012-ci ildə özünün dediyinə görə ikinci uşaq gözləyir.

Karyerası Arora Bollivuddakı debütünü 2002-ci ildə Fərdin Xanla birlikdə çəkildiyi Kitne Door Kitne Paas (Nə qədər uzaq, nə qədər yaxın) filmində reallaşdırır. Ancaq bu film o qədər də uğurlu olmur. Onun ilk uğurlu rolu komediya janrında oynadığı Awara Paagal Deewana (Avara, Dəlisov, Çılğın) filmi olmuşdur. Amritanın iştirak etdiyi Girlfriend (Rəfiqə) filmi mübahisəli bir film olmuşdur. Səbəb kimi çəkilişlər zamanı aktrisalar arasında lezbiyan əlaqələrinin olması göstərilir. 2007-ci ildə Arora bacısı və qayını Arbaz Xanla birlikdə Fərəh Xanın filmi olan Om Şanti Om filminin "Deewangi Deewangi" musiqisinin çəkilişləri üçün dəvət olunur.

Filmoqrafiya İl Film Filmin orijinal adı Rolu Qeydlər 2002 Nə qədər uzaq, nə qədər yaxın (film, 2002) Kitne Door Kitne Paas Karişma 2002 Avara, Dəlisov, Çılğın (film, 2002) Awara Paagal Deewana Mona 2003 Bir və bir on bir (film, 2003) Ek Aur Ek Gyarah Priti 2003 Torpaq (film, 2003) Zameen Müğənni — Rəqqas "Dilli Ki Sardi" musiqisi üçün dəvət olunub 2004 Yarış (film, 2004) Shart: The Challenge Saryu 2004 Rəfiqə (film, 2004) Girlfriend Sapna2004 Mənimlə evlənərsən? (film, 2004) Mujhse Shaadi Karogi Romi 2004 Qan (film, 2004) Rakht Nataşa Sinq 2006 Deha (2006) Deha Rini Sinha 2006 Döyüş klubu - Yalnız Üzvlər (film, 2006) Fight Club — Members Only Sonali Bose 2007 Qırmızı: Qaranlığın üzü (film, 2007) Red: The Dark Side Ria Malhotra 2007 Salam, balaca (film, 2007) Heyy Babyy Özü "Heyy Babyy" musiqisi üçün dəvət olunub 2007 Sürət (film, 2007) Speed Samirə Mehra 2007 Om Şanti Om Om Shanti Om Özü "Deewangi Deewangi" musiqisi üçün dəvət olunub 2008 Rama Rama Kya Hai Dramaaa (2008) Rama Rama Kya Hai Dramaaa Xuşi Bhatia 2008 Salam (film, 2008) Hello Radhika Cha 2008 Qəhrəmanlar (film, 2008) Heroes Priya 2008 Şən dələduzlar qayıdır (film, 2008) Golmaal Returns Eşa Santoşi 2009 Batmış sevgi (film, 2009) Kambakkht Ishq Kamini Sandu 2009 Komanda — Güc (film, 2009) Team — The Force Riya 2010 Kül (film, 2010) Raakh2011Baxmayaraq ki, bu mümkündür (film, 2010)Ek Tho Chance

Xarici keçidlər Amrita Arora IMDB səhifəsi Amrita Arora Twitter səhifəsi

Mənbə Amrita Arora Bioqrafiya Amrita Arora Bioqrafiya — IMDB Amrita Arora Bioqrafiya Çembur həmişə bizim evimiz olacaq — Mid-Day. 16 iyun 2006. Amrita Arora Filmoqrafiya

Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:XXI əsr aktrisaları