180px|thumb|right
KDE — beynəlxalq azad proqram təminatı cəmiyyətidir, Linux, Microsoft Windows, FreeBSD, Solaris və macOS əməliyyat sistemlərində çalışan cross platform tətbiqlər yaradırlar. Əsasən Linux əməliyyat sistemlərində çalışan "KDE Plasma" masaüstü mühiti kimi tanınır. KDE-nin əsası 1996-cı ildə Mathias Etrich tərəfindən qoyulub. KDE proqram təminatı Qt çərçivəsi (framework) üzərində yazılır.
KDE 108 dilə tərcümə olunub .
KDE Plasma
KDE Plasma — KDE tərəfindən əsasən Linux ƏS-i üçün yaradılmış masaüstü mühitidir. KDE Plasma - Fedora KDE, Kubuntu, Manjaro, openSUSE, SteamOS kimi sistemlərdə defolt masasüstü mühiti kimi istifadə olunur.
Məşhur KDE tətbiqləri
Okular - sənədə baxış vasitısi
Dolphin - fayl meneceri
Konsole - terminal
Kdenlive - video redaktor
Ark - arxivləmə aləti
Krita - rastr qrafik redaktor
Plasma sistem izləyicisi - sistem izləyicisi
Kate - əlavə mətn redaktoru
Gwenview - şəkil baxıcısı
Spectacle - ekran şəkli çəkmə aləti
KDE Connect - cihazların eyniləşdirilməsi
Discover - proqramlar mağazası
Konqueror - veb-brauzer
KolourPaint - rastr qrafik redaktor
İstinadlar
Xarici keçidlər
KDE Rəsmi Ana Səhifəsi
Kateqoriya:KDE Kateqoriya:Linux Kateqoriya:Masaüstü mühitləri Kateqoriya:Windows üçün proqram təminatları Kateqoriya:MacOS proqram təminatı Kateqoriya:Çarpaz platformalı azad proqram təminatı