Haqatna (camorra dili Hagåtña chamorro.com saytında tələffüz, əvvəllər Аqanya, ingilis və ispan dillərində Agaña /əˈɡɑːnjə/) — şəhər, Quam adasının inzibati mərkəzi .
Şəhər adanın qərb sahilində yerləşir. Əhalisi təqribən 1100 nəfərdir (2000-ci il).
Tarixi Camorralıların burada ilk məskəni bizim eranın təqribən 500-cü ilində salınıb. 1668-ci ildə ispanlar yaşayış məskəni salırlar və adada ilk katolik kilsəsi inşa edirlər. 1898-ci ildə İspan-Amerika müharibəsindən sonra Filippin və Quam ABŞ-nin nəzarətinə keçir.
1940-cı ildə şəhərin əhalisi 10 min nəfərə çatır və ada əhalisinin yarısını təşkil edir.
8 dekabr 1941-ci ildə Quam Yaponiya tərəfindən işğal edilir. 1944-cü ildə onun azad edilməsində Aqanya ABŞ bombardmanından ciddi şəkildə dağılır və əhalinin çoxu adanın digər hissələrinə köçürlər.
İqtisadiyyatı İqtisadiyyatının əsasını turizm təşkil edir, turistlərin 90 % yaponlar təşkil edir. Hotellərin tikintisi ekologiyaya pis təsir edir.
Quamın 30 % ərazisini tutan Amerika hərbi bazasının icarə haqqı şəhər büdcəsinin əsaslı hissəsini təçkil edir.
İstinadlar
Mənbə Virtual Aqanya
Kateqoriya:Quam Kateqoriya:Okeaniya dövlətlərinin paytaxtları