Sibot adaları döyüşü — Korinf və Kerkira arasında Epidamn münaqişəsi çərçivəsində E.ə. 433-cü ildə baş vermiş dəniz döyüşüdür. Bu o vaxtadək yunan polisləri arasında baş vermiş ən böyük dəniz döyüşü idiFukidid I, 50
Döyüşdən əvvəlki hadisələr Kerkira və Korinfin birgə koloniyası olan, zəngin və çoxlu əhali yaşayan EpidamnFukidid I, 24 (Roma dövründə Dirraxi, indi isə Albaniyanın Durres şəhəri) şəhərində e.ə. 436-cı ildə demokrat və oliqarxlar arasında toqquşma baş verdi. Məğlub olmuş oliqarxlar köməyə qonşu İlliriya tayfalarını çağırdı və onlar şəhəri talan etdi. Buna qarşılıq olaraq oliqarxik Kerkiradan kömək almayan demokratlar Delf kahinin yanına səfirlik yolladılarFukidid I, 25. Bu səfirliyin məqsədi şəhər üzərində bütün hüquqları Korinfə vermək məsələsinin mümkünlüyünü araşdırmalı idi.
Delfdə Epidamn demokratlarının bu qərarını alqışladılar. Bununla razılaşmayan kerkiralılar Korinfə bu məsələni üçüncü tərəfin hakimliyi ilə həll edilməsini tələb etdiFukidid I, 28. Korinf müəyyən bir cavab vermədi və müharibə hazırlıqlarına başladı.
Korinflə Kerkira arasındakı vuruşma Kerkira donanması Yunanıstandakı ikinci ən böyük donanma idi. Onların 120 trieri var idi. Kerkiralılar 25 gəmi yolladılarFukidid I, 26. Korinflilər onların qarşısına 75 gəmi və 2000 hoplit çıxardılar. Kerkiralılar 80 gəmi ilə hücum etdi və Levkimn yaxınlıında korifliləri məğlub etdiFukidid I, 29. Onlar Korinfin 15 gəmisini batırdılar. Daha sonra kerkiralılar tərəfindən mühasirəyə alınmış Epidamn təslim oldu. Korinflilər məğlubiyyətlə barışmayaraq çox irimiqyaslı hazırlıqlara başladılarFukidid I, 31. Bu məqsədlə onlar hətta Delos İttifaqının polislərində də dənizçiləri muzdla yığmağa başladılar. Bundan qorxuya düşmüş kerkiralılar Afinaya səfirlik yolladılar. Onlar Delos İttifaqına girməyi və Epidamn üzərində hüquqlarının tanınmasını xahiş etdilərFukidid I, 32–36.
Afinanın Kerkirə ilə ittifaqı E.ə. 433-cü ildə Kerkiranın səfirləri Afinaya gəldi. Onlar bildirdilər ki, Korinfə müqavimət göstərə bilməyəcək, təslim olacaqlar, bu halda Afina iki qüdrətli dövlətlə, Korinf və Kerkira ilə müharibə aparmalı olacaqFukidid 1:33.
Kerkilalırla eyni vaxtda gəlmiş Korinf səfirləri kerkiralıları qayda-qanun tanımamaqda, epidamnlılara vaxtında kömək göstərməməkdə ittihiam etdi və onların Delos İttifaqına daxil olmaq istəyinin rəddini tələb etdiFukidid I, 37–43.
Qərbə doğru nüfuz dairəsini genişləndirmək siyasətini yürüdən Afina bu zamanı öz müdaxiləsi üçün son dərəcə uğurlu hesab etdi. Onlar kerkiralıları birbaşa müdafiə edə bilməzdilər, çünki belə olacağı halda Korinflə və Peloponnes İttifaqı ilə vuruşmağa məcbur olacaqdılar. Korinfin Samos müharibəsindəki neytrallığının əvəzində indi onların iddiasını qəbul etmək isə Yunanıstanın qərbini onlara vermək və Afinanın qərbə doğru irəliləmək siyasətinin üstündən xətt çəkmək demək idiFukidid I, 44.
Afinalılar müzakirələrin birinci günü korinflilərin, ikinci günü isə kerkiralıların tərəfini saxladı. İki gün çəkən danışıqlardan sonra afinalılar kompromis qərar qəbul etdi. Kerkiranı Delos İttifaqına qəbul etmədilər, lakin onunla müdafiə sazişi imzaladılar. Kerkiraya üç strateqin (Lkedemoni, Diotim, Protey) başçılığı altında 10 gəmidən ibarət kiçik eskadra yollandı. Onlar korinflilərlə ilk olaraq hücum etməsələr və quruya qoşun çıxarmasalarsa toqquşmaya girməmək əmrini almışdılarFukidid I, 45. Tezliklə 20 gəmidən ibarət ikinci eskadra Kerkiraya yollandı.
Döyüşün gedişi İkinci Afina eskadrası Kerkiraya korinflilərlə kerkiralıların arasındakı vuruşmanın qızğın çağında çamışdı. Afinalıların birinci eskadrası döyüşdə iştirak etsə də, çox uğur qazana bilməmişdi. Afinalıların fikrincə tərəflər çox savadsız şəkildə vuruşurdular. Yəni nə gəmilər manevr edir, nə də düşmən cərgələrini dağıdırdılar. Hər iki tərəf gəmilərində abordaj döyüşünə ümid bəsləyərək, maksimum sayda piyada əsgər saxlayırdılarFukidid I, 49. Kerkiralılar Korinfin sol cinahını yardılar, həmçinin onların düşərgələrini talan edərək yandırdılar, lakin sağ cinahda darmadağın olaraq başıpozuq halda geri çəkildilər. Korinflilər otuz, kerkiralılar isə yetmiş gəmi itirdi.
İkinci Afina eskadrasının müdaxiləsi nəticəsində döyüş daha uzun müddət davam etmədi. Afinalılar siyasi səbəblərlə korinfliləri qıcıqlandırmaq istəmədilər, alkin onlar da düşmənləri kimi çətin vəziyyətdə qaldılar. Korinflilərin donanması daha güclü olsa da, gəmilərin təmiri üçün bazası yox idi və uzun müddət vuruşa bilməzdi.
Döyüşdən sonra hər iki tərəf trofey qoyaraq özünü qalib hesab etdiFukidid I, 54. Korinfilər məqsədlərinə çatmayaraq, evlərinə yollandılarFukidid I, 54.
Döyüşün nəticəsi Döyüş həlledici əhəmiyyət daşımadı. Heç bir tərəf birmənalı olaraq məğlub edilə bilmədi. Burada qazanan tərəf yalnız afinalılar oldu. Onlar Kerkiranı məğlubiyyətdən xilas etdi, qərbdəki qüvvələr balansını qorudu və yeni müttəfiq əldə etdi. Bunun əvəzində Korinfdə onlara qarşı nifrət baş qaldırdı. Daha sonra korinflilər Potideya hadisəsində qarşı tərəfi qızışdıraraq, onları Delos İttifaqından çıxarmağa sövq edirdi.
Bu hadisələr Peloponnes müharibəsinin başlanmasının səbəblərindən biri oldu.
Mənbə Fukidid. Peloponnes müharibəsi tarixi. I kitab. Korinf və Kerkira arasındakı münaqişə
İstinadlar
Kateqoriya:Peloponnes müharibəsi Kateqoriya:E.ə. 433-cü ildəki hadisələr Kateqoriya:Yunanıstandakı döyüşlər Kateqoriya:Afinanın döyüşləri