Şahmar Şahhüseyn oğlu Usubov () — Xocalı rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. Xocalı kənd orta məktəbini bitirib. 1970–1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib.

1971–1972-ci illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub.

1972–1974-cü illərdə həqiqi hərbi xidmətdə olub.

1974-cü ildə Xocalı 2№-li sovxozda fəhlə işləyib.

1974–1979-cu illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsində təhsil alıb. Həmçinin 1974–1979-cu illərdə Şuşa türməsində böyük mühasib vəzifəsində çalışıb.

1979–1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib.

1990-cı ildən 1998-ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində çalışıb.

1998–1999-cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləyib.

1999–2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləyib.

İstinadlar

Xarici keçidlər Xocalının icra başçısının yolu türmədən də keçib

Kateqoriya:Xocalı Rayon İcra Hakimiyyətinin başçıları