Nazim Mədətov (4 yanvar 1952, Kirovabad , Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının Əməkdar mühəndisi.

Həyatı və fəaliyyəti 4 yanvar 1952-ci ildə Kirovabad şəhərində anadan olmuşdur.

1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun avtomatik elektrik rabitəsi ixtisasını bitirmişdir.

1974-cü ildən təyinatla Azərbaycan Respublikasının Rabitə Nazirliyinin Məlumat Hesablama Mərkəzinin böyük mühəndisi vəzifəsində calışmışdır. 1976-cı ildə qrup rəhbəri, 1982-ci ilə şöbə rəisi və 1987-ci il tarixdən başlayaraq MHM-nin direktor müavini vəzifəsində çalışır.

Mükafatları və fəxri adları 1986 — "Əməkdə Fədakarlıq" medalı; 2004 — Rabitə Ustası; 05.12.2006 — "Əməkdar Mühəndis" "Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2006-cı il tarixli, 1808 nömrəli Sərəncamı. e-qanun.az .

Mənbə Direktor müavini: Mədətov Nazim Osman oğlu

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mühəndisləri Kateqoriya:Gəncədə doğulanlar