Gəbə (gəvə, qaba, qebe, kebe, kepe)Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.64-66. — Azərbaycanda (Muğan, Qarabağ bölgəsində, Gəncə şəhəri və Qazax rayonunda), həmçinin Türkiyənin bir sıra bölgələrində uzunsov böyük xovlu xalçalara verilən ad.GəbəAzərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. — Bakı, 2006. II cild, səh.226.
"Gəbə" sözünə əsasən Azərbaycan şifahi xalq ədəbiyyatında, istər keçmiş, istərsə də bugünkü yazılı ədəbiyyatda rast gəlinir.
Gəbə sözü qaba sözünün dəyişikliyə uğramış formasıdır. Qaba – yəni kobud, olduqca qalın mənalarını ifadə edir. Xovsuz xalçalarla müqayisədə xovlu xalçalar olduqca kobud və qalın olduğundan onu qaba və ya gəbə adlandırmışlar. Bəzi Orta Asiya xalçaçıları gəbə sözünü səhvən Kəbə (Ka'ba) sözü ilə əlaqələndirirlər.Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.66. Olduqca kobud və qalın olan böyük xalı və yaxud da xalçanı cığatay türkləri və əfqanlar hələ də "qalın" ("qalin") adlandırırlar.
İstinadlar
Kateqoriya:Xalçalar