Həmədan şəhristanı () — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. Mərkəzi Həmədan şəhəridir. Tərkibinə həmçinin Curəqan, Məryanəc və Qəhavənd şəhərləri də daxildir.
Ərazi thumb|200px|Həmədan ostanının şəhristanları 2011-ci ilədək şəhristanın ərazisi keçmiş Famənin bəxşinin ərazisi ilə birlikdə 3675 km² idi.Cultural Heritage, Handicrafts and Tourism Portal of Hamedan :شهرستان همدان Hazırda 1362 km² ərazisi olan keçmiş Famənin bəxşi Həmədan şəhristanından ayrılmış və ayrıca şəhristan olmuşdur.Cultural Heritage, Handicrafts and Tourism Portal of Hamedan :شهرستان فامنین Bu səbəbdən Həmədan şəhristanının ərazisi azalaraq 2313 km² təşkil etməkdədir.
Əhali Rəsmi olaraq Həmədan şəhristanının əhalisini 2006-cı ilin siyahıyaalınmasına əsasən 585,642 nəfər təşkil edirdi; siyahıya alınma zamanı şəhristanın ümumi əhalisi 626,183World Gazetteer : nəfər təşkil etmişdir, ancaq 2011-ci ildə Həmədan şəhristanının Famənin bəxşi ayrılaraq yeni Famənin şəhristanına çevrilmişdir, 2006-cı ildə s.a. zamanı keçmiş Famənin bəxşində 40,541 nəfər qeydə alınmışdı. Bu səbəbdən Həmədan şəhristanının indiki sərhədləri çərçivəsində 2006-cı il s.a. əsasən əhalisi 585,642 nəfər olmuşdur.
Bəxşlərdə Mərkəzi bəxşi Əhali: 560,133 nəfər (2006 s.a.) şəhər əhalisi: 491,442 nəfər (2006 s.a.) kənd əhalisi: 68,691 nəfər (2006 s.a.) Şara bəxşi Əhali: 25,509 nəfər (2006 s.a.) şəhər əhalisi: 2,407 nəfər (2006 s.a.) kənd əhalisi: 23,102 nəfər (2006 s.a.) Qeyd: Şəhristanın bəxşlərinin kənd əhalisi müvafiq bəxşlərin dehistanlarını əmələ gətirən kəndlərdə yaşayırlar.
Şəhərlərdə Mərkəzi bəxşində: Həmədan şəhəri Əhalisi: 1996 s.a. əsasən 401,281World Gazetteer : nəfər 2006 s.a. əsasən 473,149 nəfər Məryanəc şəhəri Əhalisi: 2006 s.a. əsasən 9,442 nəfər Curəqan şəhəri Əhalisi: 2006 s.a. əsasən 8,851 nəfər Şara bəxşində: Qəhavənd şəhəri Əhalisi: 2006 s.a. əsasən 2,407 nəfər
Milli tərkib Şəhristan əhalisi 92%-i farslardan və Azərbaycan türklərindənUnrepresented Nations and Peoples Organization (UNPO) :Southern Azerbaijan , 8%-i isə lurlardan (ləklər də daxil olmaqla), kürdlərdən və yəhudilərdənBestİranTravel.com :HAMADAN ibarətdir.Road Maintenance & Transportation Organization of İslamic Republic of İran (RMTO): Provincial Transportation and Terminals Department of Hamedan :Preface
Farslar: Həmədan şəhərində və Məryanəc şəhərində yaşayırlar. Həmədan şəhərində əhalinin yarıdan çoxunu-təxminən 63%-ni farslar və digər İran dillilər təşkil edir . Azərbaycanlılar: Mərkəzi bəxşində bütün kənd əhalisi, Həmədan şəhəri əhalisinin 37%-i və Curəqan şəhərinin əhalisi, Şara bəxşində bütün kənd əhalisi və Qəhavənd şəhərinin əhalisi etnik azərbaycanlılardan ibarətdir. Kürdlər: Şəhristanda olduqca az sayda kürd əsilli əhali məskunlaşıb və onların hamısı Həmədan şəhərində yaşayır. Lurlar (ləklər də daxil olmaqla): Həmədan şəhərində və Məryanəc şəhərində yaşayırlar. Yəhudilər: farsdillidirlər və Həmədan şəhərində yaşayırlar.
Həmədan şəhristanının inzibati bölgüsü Mərkəzi bəxşi İnzibati mərkəzi: Həmədan; digər şəhərləri: Curəqan / Cuzqan, Məryanəc DEHİSTANLARI: Abaru dehistanı KƏNDLƏRİ: Abaru, Çəşin, Çeşməməlik, Xaku, Silvar, Simin-i Abaru Əlvəndkuh-i Qərbi dehistanı KƏNDLƏRİ: Ənsərülimam, Çeşməqəssaban, Padegan-e Həmədan [Həmədan hərbi qarnizonu (Hamadan Garrison)], Heydərə-i Püşt-i Şəhr, Mehdiabad, Muyicin, Solulan, Tuyicin, Vəfricin, Yekanabad Əlvəndkuh-i Şərqi dehistanı KƏNDLƏRİ: Əliabad-i Vərkanə, Ərzanfud, Sədd-i Ekbatan, Şəmsabad, Təfrican, Tikmədaş, Vərkanə, Yalfan Günbəd dehistanı KƏNDLƏRİ: Abhindu, Ağtəpə, Barabənd, Günbəd, Hacıabad, Heyran, Kürkəhriz, Məruf, Nişar, Qulukəndi, Rəhimabad, Sərdərə, Siyahkəmər Hegmətanə dehistanı KƏNDLƏRİ: Əliabad-i Ağhisar, Əliabad-i Püştşəhr, Əmzəcird, Bəhramabad, Şəhrək-e Sünəti-ye Buli [Buli sənaye ərazisi (Buli Industrial Estate)], Dehpiyaz, Qaraçoğa, Həsənabad-i Şəvərin, Nəhran / Nəhran-i Xarab, Övliyayi, Qasımabad, Qışlaq-i Qomar, Rabat-i Şəvərin Səngistan dehistanı KƏNDLƏRİ: Abşinə, Ağca-i Seyidan, Ağdaş, Ərəbli, Bağça, Dehdəliyan, Dingələkəhriz, Gürgəz, İvək, Küncinə / Gəncinə, Kürdbulaq, Məhbar, Mərtəbulaq / Şahbulaq, Pəhnabad, Pulşikəstə, Səbzabad, Səngistan, Şəvərin, Şirabad, Surxabad, Yeganə, Ziya-ül Din (Ziyaəddin) Şara bəxşi İnzibati mərkəzi: Qəhavənd DEHİSTANLARI: Çahdəşt dehistanı KƏNDLƏRİ: Böyükabad, Büzinəcird, Hacımaqsud, Həməkəsi, Həsənabad, İdahlı, Miləcird, Novdeh, Qıpçaq, Qırxlar, Səmavək, Yəsərli Ceyhundəşt dehistanı KƏNDLƏRİ: Əhmədabad, Əliabad-i Kürd, Ağdərə, Bərəkətabad, Boyaqçı, Dəştə, Dizac, İmamzadə Pir Nahan, Günbədçay (Gümbəzçay), Hizac, Ceyhunabad, Rəzac, Şirinabad, Tahunabad, Yeklə Şordəşt dehistanı KƏNDLƏRİ: Abanbar, Əbdülrəhim, Əhmədabad-i Təpə (Əhmədabadtəpə), Dövlətabad, Firuzabad, Xeyrabad, Xomacin, Kövzarə, Mühacirabad, Müslümabad, Qışlaq-i Ülya, Qışlaq-i Süfla, Qozluca, Rahcird, Vərkeş
İstinadlar
Həmçinin bax
Kateqoriya:Həmədan ostanının şəhristanları