Linden Eşbi (; ) — ABŞ aktyoru. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Conni Keyc roludur.
Həyatı Linden Eşbi 23 mart 1960-cı ildə Atlantik-Biç şəhərində doğulmuşdur. Məktəbi bitirdikdən sonra Koloradonun məntəqələrindən biri olan Dyuranqo məntəqəsində yerləşən Fort Lyuis kollecinə daxil olur. Burada Linden Eşbi biznes və psixologiyanı oxuyur. 21 yaşından başlayaraq Linden Eşbi karate, taekvondo və kunq-fu kimi döyüş sənətləri ilə məşğul olmağa başlayır. 1987-ci ildən başlayaraq filmlərdə və seriallardə iştirak edir. Linden Eşbi 1986-cı ildən etibarən ABŞ aktrisası Syuzan Uolters () ilə ailə həyatı qurmuşdur. Onların Qreys (1991) və Savanna (1992) adlı iki qız övladları var. Linden Eşbi sörfinqlə və buz üstə sürüşmə ilə maraqlanırdı. Həmçinin, şəxsi samolyotu ilə səyahət etməyi də xoşlayırdı.
Filmoqrafiya
Filmlər 1987 – Balaca varlı kasıb: Barbara Hattonun həyatı 1990 – Gecə mələyi 1990 – Günəşin mərkəzində 1990 – Cənab və xanım Bric 1995 – Ölümcül döyüş 1995 – Partlayış 2000 – Qətl günü 2000 – Qorxulu attraksion 2002 – Snayper 2 2004 – Vəhşilik 2 2004 – Vəhşilik 3 2004 – Anakonda 4: Qanın izi 2011 – Canavar balası
Televiziya serialları 1987 — Bədheybət 1989 — Çayna Biç 1990 — Hardboll 1990 — Gizli agent MakQayver
İstinadlar
Xarici keçidlər
Linden Eşbiyə həsr olunmuş Fan sayt
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ taekvondoçuları Kateqoriya:ABŞ televiziya aktyorları