Tiny Toon Adventures: Buster’s Hidden Treasure — Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. "Tiny Toon Adventures" seriyanın bu epizodu resenziya saytlarında yüksək mövqe qazanmışdır.MegaTech rating, EMAP, issue 22, page 103, October 1993
Hekayə
Dovşanlardan xoşlanmayan qəddar varlı Montana Maks Baster Banni adında dovşanın sevgilisi Bebs Bannini qaçırır. Bu müddətdə isə pis Cin qızılları oğurlayır. Baster Banni həm sevgilisini, həm də qızılları tapmaq üçün macəralara qatlaşmağa məcbur olur. Oyundakı raundlar müxtəlif yerlərdə: Meşədə, qarda, dağda, adada və s. Hər raundun sonunda Boss vardır. Baster Banni Bossları məğlub etdikdən sonra onlara işləyən köməkçilər Banninin tərəfinə keçir. Gəmi raundunda Montana Maks ilə vuruşur və ona qalib gəlir. Bu raundda qızılları tapır. "Robotlar dünyası" raundunda isə Banni Bebsini xilas edir. Sonda Montana Maksa qalib gələrək, macəralarını başa çatdırır.
İstinadlar
Kateqoriya:1993-cü ilin videooyunları Kateqoriya:Platforma videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Konami oyunları Kateqoriya:Birnəfərli videooyunlar