Gennadi Andreyeviç Züqanov (, ) — rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri.

Həyatı Gennadi Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Gennadi Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Gennadi Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18% (12 318 353 səs) toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib.

Nəticələri Gennadi Züqanov Rusiya Federasiyası Prezidenti seçkilərində 4 dəfə iştirak edib.

İl Təmsil etdiyi partiya Səslər Faiz Yer (namizədlərin sayı) 1996 (1 tur) Rusiya Federasiyası Kommunist Partiyası 24 211 686 32,03 2/10 1996 (2 tur) Rusiya Federasiyası Kommunist Partiyası 30 104 589 40,31 2/2 2000 Rusiya Federasiyası Kommunist Partiyası 21 928 468 29,24 2/11 2008 Rusiya Federasiyası Kommunist Partiyası 13 243 550 17,72 2/4 2012 Rusiya Federasiyası Kommunist Partiyası 12 318 353 17,18 2/5

İstinadlar

Kateqoriya:Rusiyanın dövlət xadimləri Kateqoriya:Rusiya prezidentliyinə namizədlər Kateqoriya:Rusiya Federasiyası Kommunist Partiyasının üzvləri Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Rusiya filosofları Kateqoriya:Sov.İKP-nin XXVIII qurultayının nümayəndələri Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VI çağırış deputatları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VIII çağırış deputatları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:SSRİ polkovnikləri Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Antiimperializm Kateqoriya:Arıçılar Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Antiatlantizm