"Cincer və Fred" () — rejissor Federiko Fellininin filmi.

Məzmun 1950-ci illərdə rəqqaslar Ameliya Bonetti və Pino Botiçelli səhnədə sevilən duetlərlə çıxış etmişdirlər. Onlar özlərinə əfsanəvi Hollivud step rəqqasları Cincer Rocers və Fred Asterin təxəllüslərini götürmüşdülər.

Bu hadisələrdən 30 il keçmişdir. Keçmiş tərəf-müqabillər bir-birilərindən çoxdan uzaqlaşıblar. Hərəsi öz şəxsi həyatını yaşayır. Lakin onlara cavanlıqlarında olan müvəffəqiyyətlərini bir daha yoxlamaq qismət olmamışdır. Elə bu vaxt onlara gözlənilməz şans verilir. Amelio və Pino Yeni İl bayramına həsr olunmuş televiziya şousunda çıxış etməyə dəvət olunurlar. Lakin illər keçib və ayaqları onların sözünə baxmır. Buna baxmayaraq onlar özlərini toplayıb səhnəyə çıxmalıdırlar. Tamaşa zamanı Pino yıxılır, amma tərəf-müqabilinin dəstəyi ilə ayağa qalxır və öz çıxışını tamamlayır.

Film haqqında

Cincer Rocers onun adından icazəsiz istifadə edildiyi üçün Federiko Fellinini məhkəməyə verməyə hazırlaşırdı.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1986-cı ilin "Devid di Donatello" mükafatı:

Ən yaxşı aktyor – Marçello Mastroyanni Ən yaxşı geyim dizaynı – Danilo Donati Ən yaxşı musiqi – Nikola Piovani "Rene Kler" adına mükafat – Federiko Fellini

1986-cı ilin İtaliya kinojurnalistlərinin Milli sindikatının "Gümüş lent" mükafatı:

Ən yaxşı aktyor – Marçello Mastroyanni Ən yaxşı aktrisa – Cülyetta Mazina Ən yaxşı geyim dizaynı – Danilo Donati Ən yaxşı rəssam – Dante Feretti

1986-cı ilin Moskva kinofestivalı:

Qran-Pri – Federiko Fellini

Nominasiyalar

1987-ci ilin "BAFTA" mükafatı:

Xarici dildə ən yaxşı filmə görə – Federiko Fellini, Alberto Qrimaldi

1987-ci ilin "Qızıl Qlobus" mükafatı:

Xarici dildə ən yaxşı filmə görə

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri : Federiko Fellini, Tonino Querra, Tullio Pinelli Rejissor : Federiko Fellini Operatorlar : Tonino Delli Kolli, Ennio Qvarniyeri Rəssam : Dante Feretti Bəstəkar : Nikola Piovani Prodüser : Alberto Qrimaldi

Rollarda Cülyetta Mazina – Ameliya Bonetti ("Cincer") Marçello Mastroyanni – Pippo Bottiçella ("Fred") Franko Fabrisi – şounun aparıcısı Frederik Ledebur – admiral Aulenti Auqusto Pedorosi Martin Mariya Blau – rejissor köməkçisi Jak Anri Lartiq]] – Cerolamonun qardaşı Toto Minyone – Toto Esio Marano Antuan Sen Jan Fridrix Tun Antonio Yuorio Barbara Skoppa Elizabetta Flümeri Salvatore Billa Caynestra Spinola Stefaniya Marini Françesko Kasale

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Melodram filmləri Kateqoriya:1986-cı ilin komediya filmləri Kateqoriya:Federiko Fellininin filmləri Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:1986-cı ilin Fransa filmləri Kateqoriya:Roma haqqında filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:Transgenderlik haqqında filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:İtaliyanın melodram filmləri Kateqoriya:İtaliyanın komediya filmləri Kateqoriya:İngilis dilində komediya-dram filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Konferansye haqqında filmlər Kateqoriya:Rəqs filmləri Kateqoriya:Televiziya haqqında filmlər Kateqoriya:LGBT mövzulu Fransa filmləri Kateqoriya:LGBT mövzulu İtaliya filmləri