Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr.

Tarixi Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir.

1925–30-cu illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi.

XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir.

5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.

Tamaşaları Hazırda teatrın səhnəsində dünya klassiklərinin və Azərbaycan yazıçılarının əsərləri səhnələşdirilir. Teatrın repertuarına L. Qerşin "Bu azad kəpənəklər, Elçinin "Cəhənnəminin kirayəçiləri", U. Şekspirin "Kral Lir", J. Anuyun "Torağayı", A. Çexovun "Qağayı", L. Razumovskayanın "Nikah agentliyi" "1+…", Y. Lomovçevin "Yeddi pokırvalın rəqsi", M. İbrahimovun "Zati-aliləri rolls-roys", V. Neverovun "Nağılı tap" əsərləri daxildir.

Teatrda Hacı Murad Yegizarov, Məbud Məhərrəmov, Lyudmila Duxovnaya kimi tanınmış aktyorlar çalışırlar.

Teatr yalnız böyüklər üçün deyil, uşaqlar üçün də tamaşalar hazırlayır.

İstinadlar

Xarici keçidlər Səda — "Kazanova: sevgi dərsləri" tamaşası nümayiş olunub (25.04.2016) Rus Dram Teatrında "Blisslər ailəsi" eksentrik komediyasının premyerası olub "Məhəbbətlə zarafat olmaz" YARAT səhnəsində

Kateqoriya:Bakı teatrları Kateqoriya:1937-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Kateqoriya:1920-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Bakının görməli yerləri