Böyük Qiyamət — Knyaz Volfqanq Vilhelm fon Pfals-Noyburq tərəfindən Noyburq kilsə altarı üçün Rubensə sifariş olunmuş tablo. Tablodakı açıq-saçıqlıq kilsə tərəfindən narazılıqla qarşılandığı üçün yarı örtülmüş şəkildə altardan asılsa da, 1692-ci ildə Düsseldorf qalereyasına verilir. "Böyük Qiyamət" hal-hazırda Köhnə Pinakotek muzeyinin Rubens adlanan VII zalında 320 nömrə altında sərgilənir.
Kateqoriya:Piter Paul Rubensin rəsm əsərləri Kateqoriya:Köhnə Pinakotek Kateqoriya:Bakirə Məryəm rəsmləri Kateqoriya:İsanın təsvir edildiyi rəsm əsərləri