Azərbaycan Respublikasının fəxri adları — mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.
Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Azərbaycanda fəxri adların verilməsi şərtləri "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı — e-qanun.az ilə tənzimlənir və Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Eyni fəxri ad bir şəxsə təkrar verilmir.
Azərbaycan Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsindəki xidmətlərinə görə müvafiq fəxri ad almağa təqdim edilə bilər.
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərə Azərbaycan Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunur.
Fəxri Vətəndaşların siyahısı
Xalq yazıçısı Xalq şairi Xalq artisti Xalq rəssamı Əməkdar Elm Xadimi Əməkdar incəsənət xadimi Əməkdar artist Əməkdar rəssam Əməkdar Mədəniyyət işçisi Əməkdar müəllim Əməkdar həkim Əməkdar tibb işçisi Əməkdar memar Əməkdar dövlət qulluqçusu Əməkdar bədən tərbiyəsi və idman xadimi Əməkdar jurnalist Əməkdar mühəndis Əməkdar hüquqşünas Əməkdar kənd təsərrüfatı işçisi Əməkdar pilot
Həmçinin bax
Dövlet tertiflerin ve fexri adlar Azərbaycan Respublikasının əməkdar elm xadimlərinin siyahısı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimlərinin siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının fəxri adları