Metro-Goldwyn-Mayer (Qısaldılmış forması: MGM, tələffüz edilir: Em-Ci-Em) – ABŞ media şirkətidir. Hollivud şəhərindəki bir sıra studiyalara rəhbərlik edir. Təxminən, bu şirkətin çəkdiyi filmlər 205 Oskar mükafatına layiq görülmüşdür. 15 film isə "Ən yaxşı film" mükafatına layiq görülmüşdür.

Tarixi Metro-Goldwyn-Mayer media şirkətinin əsası 1924-cü ildə ABŞ-də Markus Lou tərəfindən qoyulmuşdur. Media şirkəti "Metro Pictures", "Goldwyn Pictures" və "Louis B. Mayer Pictures" şirkətlərinin birləşməsindən yaranmışdır. Metro-Goldwyn-Mayer şirkəti Ceyms Bond haqqında filmlər çəkmişdir. Metro-Goldwyn-Mayer media şirkətinin rəhbərlik etdiyi "MGM Cartoon Department" şirkəti animasiya filmləri istehsal edir.

Seçilmiş filmlər İl Film 1939Oz ölkəsinin cadugəri1939Küləklə sovrulanlar 1940 Filadelfiya əhvalatı 1944 Qaz işığı 1959 Ben-Hur 1960 Bağışlanmamış 1961 Bir, iki, üç 1964 Yaşasın Las-Veqas 1984 Terminator 1985 Amerikalı nindza 1990 Qaranlıq mələyi 1992 Bir dəfə cinayətdə 2002 Məni sevə-sevə öldür 2006 Əsas instinkt 2 2008 Mərhəmət kvantı

Həmçinin bax ABŞ kinemotoqrafiyası

Xarici keçidlər Rəsmi sayt IMDb səhifəsi

Kateqoriya:ABŞ film studiyaları Kateqoriya:Fəxri "Oskar" mükafatı laureatları Kateqoriya:1924-cü ildə yarananlar Kateqoriya:Metro-Goldwyn-Mayer Kateqoriya:Amazon (şirkət) satınalmaları Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Los-Anceles şirkətləri Kateqoriya:Kaliforniyada yerləşən əyləncə şirkətləri Kateqoriya:ABŞ-nin film distribütorları