Elxan Zabir oğlu Usubov () — Şəki Şəhər İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Həyatı Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur.
Siyasi fəaliyyəti 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
İstinadlar
Kateqoriya:Şəki Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Ağstafa Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Usubovlar Kateqoriya:Mingəçevir şəxsləri