London birjası () — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri.
Tarixi Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir. İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır.
thumbnail|right
FTSE 100 Index FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
İstinadlar
Xarici keçidlər London fond birjasının saytı
Kateqoriya:Birja Kateqoriya:1773-cü ildə yarananlar Kateqoriya:Əvvəllər London Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Birjalar Kateqoriya:1801-ci ildə yaranan şirkətlər Kateqoriya:London iqtisadiyyatı Kateqoriya:London-Siti tikililəri Kateqoriya:Fond birjaları