"1900-ün əfsanəsi" () — rejissor Cüzeppe Tornatorenin filmi. Bu film rejissorun ilk ingilisdilli filmidir.The Legend of 1900 mediacircus.net saytı

Məzmun

Bu, böyük gəmidə bütün zamanı, bütün dünyanı əks etdirən bir film-dastandır. Musiqinin, dostluğun sevginin, əzabın qəribə dünyası uzun illərdir ki, qəhrəmanların gözləri önündə baş verir. Bu, əhvalat dahi pianoçu ilə bağlıdır. O, gəmidə doğulub və bütün ömrünü də orada piano arxasında keçirib. Əhvalat onun musiqiçi dostu, truba ifaçısının dilindən danışılır.

Hər şey XX əsrin birinci günü "Vinciniyalı" gəmisində körpə uşağın tapılması ilə başlamışdı. Uşaq böyüyür və bütün ömrünü nəhəng okean laynerində keçirir. Bu gəmi Amerika ilə Avropa arasında səyahət edir. Uşaq bir dəfə də olsun bu gəmini tərk etməyib və sahili görməyib.

Sirli möcüzə sayəsində royalda ifa etməyi bacaran 1900 – əsl virtuoza çevrilir və restoran orkestrində ifa etməklə ictimaiyyəti özünə cəlb edir. Onunla çox əfsanələr bağlıdır, amma onun həyatı da gözəl bir əfsanəyə çevrildi.

Film haqqında

Film Alessandro Barikkonun "Yeni əsr" əsəri əsasında çəkilmişdir.

Mükafatlar

1999-cu ilin "Devid di Donatello" mükafatı:

Ən yaxşı operator işinə görə – Layoş Koltey Ən yaxşı geyim dizaynına görə – Maurisio Millenotti Ən yaxşı rejissor işinə görə – Cüzeppe Tornatore Ən yaxşı musiqiyə görə – Ennio Morrikone Ən yaxşı dizayn işinə görə – Françesko Frigeri

2000-ci ilin "Qızıl Qlobus" mükafatı:

Ən yaxşı musiqiyə görə – Ennio Morrikone

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Alessandro Barikko Ssenari müəllifi : Cüzeppe Tornatore Rejissor : Cüzeppe Tornatore Operator : Layoş Koltey Bəstəkar : Ennio Morrikone

Rollarda

Tim Rot – 1900 Pruit Teylor Vins – Maks Tuni Melani Tyerri – qız Bill Nann – Denni Budman III Klorens Vilyams – Celli Roll Morton Piter Voqan – Pops Nayel O'Brayan – liman ustası Qabriel Lavia – fermer Vernon Ners – Fris Hermann Alberto Vazkes

İstinadlar

Həmçinin bax İtaliya filmlərinin siyahısı

Xarici keçidlər Filmi izlə (azərbaycan dilində)

Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Cüzeppe Tornatorenin filmləri Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:İtalyanca filmlər Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Pyeslərə əsaslanan filmlər Kateqoriya:İtaliyanın melodram filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Filmlərdə magik realizm Kateqoriya:Mühacirlər haqqında filmlər