Ağayev Bəhram Cəfər oğlu () — peşəkar inqilabçı, İranda Məşrutə inqilabı və 1-ci Rusiya inqilabının iştirakçısı , "Ədalət" təşkilatının yaradıçılarından biri və MK-nın sədri. RSDFP-nın üzvü.
Həyatı "Ədalət" təşkilatının yaradıçılarından biri olan Ağayev Bəhram Cəfər oğlu 1884-cü ildə İranda anadan olmuşdur.
1904-cü ildən Sov.İKP üzvü. 1903-cü ildə inqilabi hərəkata qoşulmuş, Bakı proletariatının 1904 il dekabr ümumi tətilində, 1905–07 illər inqilabında iştirak etmişdir. 1905–11 illər İran inqilabının iştirakçılarından idi. Bakı Sovetinin (1917), RK(b)P BK-nın üzvü olmuşdur. 1918 ildən "Ədalət"-in sədri seçilmişdi. Gilan inqilabının iştirakçısı idi. AK(b)P MNK Rəyasət hey'əti və Azərbaycan SSR MİK üzvü seçilmişdir. Lenin ordeni ilə təltif edilmişdir.. 937-ci ildə Mircəfər Bağırov digərləri kimi onu da sürgün etdirib. "Xalq düşməni" adı ilə 18 il Sibirdə sürgün edilmişdir. 1953 martın 16 bəraat verilmişdir.
Həmçinin bax Oqtay Ağayev
Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Bakı Sovetinin (1917-1918) deputatları Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan inqilabçıları