Məzmun Film Azərbaycan ədəbiyyatı tarixinə görkəmli şair-filosof, filosof-dramaturq kimi daxil olmuş Hüseyn Cavidin anadan olmasının 100 illiyinə həsr edilmişdir. Stalin repressiyasının qurbanı Hüseyn Cavidin həyatı, zəngin ədəbi irsi, faciəli taleyi öz əksini tapmışdır. Kinolentdə Moskva Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Əziz Şərif, teatrşünas, rejissor Mehdi Məmmədov, SSRİ xalq artisti Hökümə Qurbanova ədibin çoxcəhətli yaradıcılığı və əsərlərinin səhnə taleyi haqqında maraqlı söhbətlər edirlər.

Film haqqında Filmdə arxiv səhnələrindən, fotoşəkillərdən və digər materiallardan istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Əlihüseyn Hüseynov Ssenari müəllifi: Turan Cavid, Mirzəağa Mirmövsümov Operator: Fəraməz Məmmədov Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 328.

Həmçinin bax

Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Hüseyn Cavid haqqında filmlər Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın bioqrafik filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər