2008/09 Azərbaycan Kuboku — Futbol üzrə Azərbaycan kubokunun 17-ci mövsümüdür. 17 sentyabr 2008-ci ildə ilkin mərhələnin iki oyunu ilə başlayan turnir 23 may 2009-cu ildə Bakıdakı Tofiq Bəhramov adına stadionda keçirilən final oyunu ilə başa çatdı. Bu ilki yarışda 18 komanda mübarizə aparırdı.

Reqlament Azərbaycanın Kubokunun finala qədərki bütün mərhələlərində cütlüklərin qalibləri iki matçın nəticələrinə görə təyin edilirdilər. Əgər kubok matçı əsas vaxta heç-heçə bitdisə, onda əlavə vaxt (hər biri 15 dəqiqə olmaqla 2 əlavə hissə, fasiləsiz) təyin olunurdu. Amma əgər əlavə vaxtda da qalib təyin olunmursa, o zaman 11 metrlik zərbələr seriyası təyin edilirdi. Final mərhələsi bir oyundan ibarətdir.

Komandalar 2008/2009 mövsümündə kubokda bu komandalar iştirak edəcək: Premyer Liqa (14)Birinci Divizion (4) Bakı Bakılı İnter Baku Karvan Yevlax MOİK Bakı NBC Salyan Neftçi Bakı Olimpik Bakı Qarabağ Ağdam Qəbələ Simurq Zaqatala Standard Bakı Turan Tovuz Xəzər Lənkəran ABN Bərdə ANŞAD-Petrol Neftçala Qafqaz Universiteti Spartak Quba

Təsnifat mərhələsi Bu yarışa vəsiqə qazanan aşağı divizionun dörd komandası bir-biri ilə iki oyun olmaqla qarşılaşıb və bu oyunların qalibləri növbəti mərhələdə Azərbaycan Premyer Liqasının 2008/09-cu il mövsümünün on dörd komandasına qoşulublar. İlk oyunlar 17 sentyabr 2008-ci ildə, cavab görüşləri isə 24 sentyabr 2008-ci ildə keçirilmişdir.

1/8 final İlkin mərhələnin iki qalibi bu mərhələdə Azərbaycan Premyer Liqasının 2008/09-cu il mövsümünün 14 komandasına qoşulub. İlk oyunlar 29 və 30 oktyabr 2008-ci il tarixlərində, cavab görüşləri isə 5 və 6 noyabr 2008-ci il tarixlərində keçirilmişdir.

1/4 final Bu mərhələdə 1/8 finalın səkkiz qalib komandası üz-üzə gəlib. İlk oyunlar 25 fevral 2009-cu il, cavab görüşləri isə 11 və 12 mart 2009-cu il tarixlərində keçirilmişdir.

Yarımfinal Bu mərhələdə 1/4 finalın dörd qalib komandası üz-üzə gəlib.

Final Tarix / Yer / TamaşaçıQalibHesabFinalçı23 May 2009 Bakı - Tofiq Bəhramov adına Respublika Stadionu Tamaşaçılar: 8,000Qarabağ Vaqif Cavadov 1 - 0 (0 - 0)İnter Bakı

Qol müəllifləri

5 qol:

Vaqif Cavadov, Qarabağ

Valter Quqlemon, İnter Bakı

4 qol:

Artim Şakiri, Qarabağ

3 qol:

Xaqani Məmmədov, İnter Bakı Amiran Muciri, Standard Bakı

2 qol:

Petar Zlatinov, İnter Bakı Leandro Qomes, Bakı İvan Tsvetkov, Xəzər Lənkəran

1 qol:

Admir Teli, Qarabağ Cavid Hüseynov, İnter Bakı Andrejs Rubins, İnter Bakı Artur Seixas, İnter Bakı Kənan Kərimov, Qəbələ Feliks Alimeida, Bakı Georgi Adamiya, Bakı Zaur Ramazanov, Xəzər Lənkəran

Naməlum:

4 Qol Spartak Quba

2 Qol Qafqaz Universiteti

2 Qol ABN Bərdə

1 avtoqol: Elnur Allahverdiyev, Qarabağ üçün Neftçi ilə oyunda

Həmçinin bax

İstinadlar

Kateqoriya:Azərbaycan Kuboku mövsümləri Kateqoriya:2008/2009 mövsümündə Azərbaycanda futbol