Bu gözəl Tuğay qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1983-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur.

Məzmun Kinolentdə Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı mühüm problemə-keçilməz Tuğay meşələrinin baxımsızlıq üzündən məhv olması məsələsinə toxunulur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 234-235

Filmdə Qazax bölgəsindən Neftçala bölgəsinədək geniş ərazidə, Kür çayı boyu 800 kilometrlik sahədə Tuğay meşələri lentə alınmış və bu problemin həlli yollarından söhbət açılmışdır.

Mükafatlar 1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində film münsiflər heyətinin diplomuna və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin fəxri fərmanına layiq görülmüşdür.

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330-331.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1983-cü ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri