Yelena Besesku (; ) — Rumıniya siyasətçisi; Rumıniyanın Demokratik Liberal partiyasının gənclər təşkilatının nümayəndəsi; həmçinin Avropa parlamentinin deputatıdır. Rumıniya prezidenti Trayan Beseskunun qızıdır.
Həyatı 24 aprel 1980-ci ildə Konstansada anadan olub. İqtisadi sahədə təhsili var. Əvvəllər top-model olaraq çalışıb. 14 iyul 2009-cu ildən müstəqil namizəd kimi Avropa parlamentinə seçilib.
İstinadlar
Xarici keçidlər Avropa parlamentinin saytındakı profili
Kateqoriya:Rumıniya siyasətçiləri Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Prezidentlərin övladları