Baydu xan (1260–4 oktyabr, 1295) — Hülaku xanın beşinci oğlu Tarağayın oğlu, Elxan.
Həyatı 1260-cı ildə doğulmuşdu. Atası Hülaku xanın beşinci oğlu Tarağay idi. 1284-cü ildə Bağdad və Diyarbəkr valisi idi. 1294-cü ildə çaonun uğursuzluğu və Keyxatu tərəfindən təhqir olunması ona üsyan üçün bəhanə yaratmışdı. 21 mart 1295-ci ildə Keyxatu xan məğlub olundu, 3 gün sonra edam edildi.
Hakimiyyəti Əmir Tağaçarın əli ilə taxta gələn Baydu Qazanın etirazları ilə rastlaşdı. Hakimiyyəti bölüşdürmək təklifinə etiraz edən Qazan xan Bayduya hücum etdi. Xan, Naxçıvana qaçdı, lakin 4 oktyabr 1295-ci ildə ələ keçirilərək edam edildi.
İstinadlar
Kateqoriya:Çingizlilər Kateqoriya:Elxani hökmdarları Kateqoriya:Hökmdarlar Kateqoriya:XIII əsr şəxsləri Kateqoriya:Elxanilər dövləti şəxsləri Kateqoriya:İran tarixi