"Yaquar" () — rejissor Fransis Veberin filmi.

Məzmun

Bir gecə dəbdəbəli Paris mehmanxanasının liftinə 3 nəfər eyni vaxtda minmişdilər. Bunlar Amazonkadan səyahətə gəlmiş hindu, onun tərcüməçisi – uşaqlıqdan hinduların arasında böyümüş fransız Kampana və avara, fırıldaqçı olan Fransua Perren idi. Perren çoxdandır ki, oyun borcuna görə quldurlar tərəfindən təqib olunur. Hindu Vanu gözlənilmədən gücünü itirir, onu xəstəxanada xüsusi reanimasiya otağına gətirirlər. Hindu imkan tapıb öz tərcüməçisinə onun ruhunu kimsə oğurladığını deyir. Vanunun ruhunu qaytarmaq üçün xüsusi bir qəhrəman lazımdır ki, səfərə yollansın. Qəribə olsa da, Vanu bu səfərə Perreni seçir. Perren əvvəl bu işə razılıq vermək istəmir. Amma borcu olan quldurlardan qaçmaq üçün o, Kampana ilə Amazonka meşəliyinə Vanunun ruhunu tapmağa səyahətə çıxır.

Bu səfər vaxtı onunla o qədər qeyri-adi hadisələr baş verir ki, bütün keçmişi ona dəyərsiz görünür.

Film haqqında

Fransua Perren və Kampana – Fransa kinosunun klassik komediya obrazlarıdır. Bir çox filmlərdə bu rolları Pyer Rişar və Jerar Depardye ifa ediblər.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi : Fransis Veber Rejissor : Fransis Veber Operator : Luçano Tovoli Bəstəkar : Vladimir Kosma

Rollarda

Jan Reno – Jan Kampana Patrik Brüel – Fransua Perren Harrison Loui – Vanu Patrisiya Velaskes – Maya Denni Treho – Kumare Rolan Blanş Fransua Perro Fransis Lemer – Stivens Aleksandra Vandernot – Anna

İstinadlar

Xarici keçidlər Ягуар на IMDb Ягуар на Allociné

Kateqoriya:Fransa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Fransis Veberin filmləri Kateqoriya:1996-cı ilin filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:1996-cı ilin Fransa filmləri Kateqoriya:Amerikanın yerli əhalisi haqqında filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:Braziliyada çəkilən filmlər Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:İspanca filmlər