Dimitr Atanasov () — Bolqarıstan yazıçı-dramaturqu, şairi, jurnalisti və tənqidçisi.

Həyatı Dimitr Atanasov 23 sentyabr 1953–cü ildə doğulub. Veliko Tirnovo "Kiril və Metodiy" Universitetində Bolqar filologiyası fakültəsini bitirib. Plovdivdə yaşayır. Jurnalist kimi fəaliyyət göstərir. Bolqarıstan Yazıçılar Birliyi, Bolqarıstan Aktyorlar Birliyi (Dramaturgiya seksiyasının) və Bolqarıstan Jurnalistlər Birliyinin üzvüdür. Plovdivdəki Bolqar Yazarlar Dərnəyinin sədridir. Əsərləri rus, serb, alman, fransız və ingilis dillərinə tərcümə olunub.

İstinadlar

Kateqoriya:Bolqarıstan yazıçıları Kateqoriya:Bolqar yazıçılar