Vəkilov Qalib bəy İbrahim ağa oğlu () — Rusiya İmperator Ordusunda, daha sonra Azərbaycan Demokratik Respublikasında artilleriya generalı. General-leytenant. Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi, "Müqəddəs Georgi" ordenli. İbrahim ağa Vəkilovun oğlu, Paşa ağa Vəkilovun nəvəsi, Faris bəy Vəkilov, Reyhan xanım Vəkilovanın qardaşıdır.

Həyatı Vəkilov Qalib ağa İbrahim ağa oğlu (1887–16.11.1937) (Xarkov III Aleksandr adına ali hərbi-texniki in-ta girib, II kursdan sonra təhsilini Moskvadakı Alekseyev hərbi məktəbində davam etdirib;

Çar və müsavat zabiti; podpolkovnik; Azərbaycan Milli Ordusunda hərbi mühəndislər idarəsinin rəisi işləyib.

1920-dən sonra XI ordunun Ənzəlidəki mühəndis qoşunları hissəsinin rəisi, Zaqafqaziya qızıl ordu hərbi inqilab şurası hərbi sənaye komitəsinin direktoru işləyib) (1931–33-də ilk dəfə həbsdə olub, 1937-ci ildə isə II dəfə tutularaq güllələnib) 1937-ci ildə Qalib bəy Vəkilovu güllələyirlər.

Mükafatları Birinci Dünya müharibəsi dövründə "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Vəkilovlar Kateqoriya:Rusiya İmperator Ordusunun azərbaycanlı generalları