Azərbaycan milisinin tarixi tammetrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda milisin yaranma tarixindən və ötən illərdəki gərgin fəaliyyətindən, bügünkü qayğılarından, milis işçilərinin çətin və şərəfli işlərindən, İkinci Dünya müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlardan danışılır.
Məzmun Filmdə Azərbaycanda milisin yaranma tarixindən və ötən illərdəki gərgin fəaliyyətindən, bügünkü qayğılarından, milis işçilərinin çətin və şərəfli işlərindən, İkinci Dünya müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlardan danışılır. Filmdə bəzi mühüm faktları bərpa etmək üçün xronikal kadrlarla yanaşı aktyor ifasında səhnəciklərdən də istifadə olunmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 118
Filmin üzərində işləyənlər Ssenari müəllifi: İsay Slavin, Musa Bağırov Rejissor: Musa Bağırov Operator: Tofiq Sultanov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1969-cu ilin Azərbaycan filmləri 1960-cı illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1969-cu ilin filmləri Kateqoriya:1969-cu ilin Azərbaycan filmləri