Rusiya-Osmanlı müharibəsi (1806–1812) — Napoleonun apardığı işğalçı müharibələr Osmanlı imperiyası ilə Rusiya imperiyasını yaxınlaşdırdı. 1805-ci ildə imzalanmış müqaviləyə görə, rus hərbi gəmiləri Bosfor və Dardanel boğazlarından keçmək hüququ aldı, lakin rusların Valaxiya və Moldovada, ingilislərin isə Misir və Suriyada fəallaşması Austrelis döyüşündən sonra III Səlimi Fransa ilə yaxınlaşdırdı. 1806-cı ildə rus qoşunlarının Valaxiya və Moldovanı tutması Osmanlının Rusiyaya müharibə elan etməsinə səbəb oldu. Osmanlıların Fransanın köməyi ilə Krımı qaytarmaq cəhdi alınmadı. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi bağlandı. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi. Dunay çayında rus gəmilərinin üzmə hüququ təsdiq edildi. Moldova və Valaxiya Osmanlıya qaldı, Serbiyaya isə özünüidarəetmə hüququ verildi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya–Osmanlı müharibələri Kateqoriya:1800-cü illərdə Rusiya Kateqoriya:XIX əsrin müharibələri Kateqoriya:Osmanlı imperiyasının müharibələri Kateqoriya:Napoleon müharibələri Kateqoriya:Rusiyanın müharibələri Kateqoriya:Ermənistan tarixi Kateqoriya:XIX əsrdə Ermənistan Kateqoriya:Gürcüstanın hərb tarixi