Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə () — Azərbaycan şairi, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin araşdırıcısı, Tatar süvari alayının imamı.Nağı Keykurin. Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri (PDF), Bakı,"Təknur MMC" mətbəəsi, 2007. səh. 22.
Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur.Məhəmməd Hadi, Seçilmiş əsərləri, Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1957, 324 səh Ona görə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi.
Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür.Hüseyn Bayqara Azərbaycan istiqlal mücadiləsi tarixi, Azərnəşr, Bakı, 1992 Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur.
Həyatı Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi () təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir. Hələ uşaqkən atasını itirən Hadinin anası onu və bacıları Sahibə və Əsmanı ata qohumlarının himayəsinə buraxaraq Sulut kəndində varlı biri ilə evlənmiş, bundan sonra uşaqlara böyük nənələri Əbdülsəlimin anası Teyyibə xanım baxmışdır.Bayramoğlu Alxan, Şamaxıda maarif və maarifçilik, Maarif nəşriyyatı, Bakı, 1997 Şairin yaxın qohumlarından olan Mustafa Lütfi bəy onun tərbiyəsində böyük əmək sərf etmişdir. Nənəsinin vəfatından sonra Məhəmməd Hadi qohumu Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. Məhəmməd Hadi gənclik illərində ilahiyyat elmləri ilə bərabər dünyəvi elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən öyrənmişdi. Şair hələ gənc yaşlarından xaricdə təhsil almaq istəsə də, maddi imkanı olmadığından bu arzusu ürəyində qalmışdı. Ədibin yaxın dostu, məsləkdaşı Seyid Hüseyn şair haqqında yazırdı:
Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmədiyindən əmisi oğlunun köməyi ilə ticarət işinə əl atmış, lakin bu işə marağı olmadığından işi tezliklə tərk etmişdir. 1902-ci ildə yanvar ayının son günündə Şamaxıda təbii fəlakət baş verir. Şamaxı zəlzələsindən sonra hamı kimi Məhəmməd Hadi də köçür. Bu haqda Ö. F. Nemanzadə öz xatirələrində yazır:Nemanzadə Ömər Faiq. Xatirələrim, Gənclik, Bakı 1985
Kasıb olduğu üçün sevgilisi tərəfindən tərk edilən Məhəmməd Hadi ölənə qədər ailə qurmamışdır.Əziz Mirəhmədov. Məhəmməd Hadi. "Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatı" Bakı, 1962
Fəaliyyəti Kürdəmirə köçən, tacirlik bacarmayan, iki dəfə dükan açsa da, iflasa uğrayan Məhəmməd Hadi özünü xarakterinə daha yaxın sahədə sınamaq qərarına gəlmiş və bəzi maarifpərvərlərin müavinəti ilə Kürdəmirdə yaşayan şamaxılı Ağa əfəndi ilə birlikdə məktəb açıb tədrisə başlamışdır. Çox keçmir ki, Məhəmməd Hadi Kürdəmir ziyalılarının nəzərini cəlb etmiş, onu Zaqafqaziya müəllimlər qurultayına Kürdəmir müəllimləri tərəfindən nümayəndə seçilmiş və 1904-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya müəllimlər qurultayında iştirak etmişdi.
1902–1906-cı illər Kürdəmirdə yaşadığı illərdə maddi imkanları nisbətən düzələn Məhəmməd Hadi yenə də əvvəlki qayda ilə mütaliəsini davam etdirir, Kəlküttədən "Həblül-mətin", İstanbuldan "Sabah", Bakıdan "Həyat", Bağçasaraydan "Tərcüman" qəzetlərini gətirdib oxuyurdu.
Yaradıcılığı 25 yaşına qədər nə bir qəsidəsi, nə də bir aşiqanə qəzəli olan şairin mətbuata gəlişi 1905-ci ilin ortalarına təsadüf edir. Onu yaxından tanıyan, yaxın dostu Mustafa Lütfi Həştərxanda "Bürhani-Tərəqqi" qəzetini nəşr edirdi və onun Məhəmməd Hadi kimi qələm sahibinə ehtiyacı var idi. Onun çağırışına görə Məhəmməd Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. Məhəmməd Hadi "Həyat", "Füyuzat" və "Bürhani-Tərəqqi" qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. Məhəmməd Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib "Füyuzat" məcmuəsində çalışır, buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş nəşrinə çalışır. "Füyuzat" bağlandıqdan sonra o, "Təzə həyat" və "İttifaq" qəzetlərində işləyir.Təzə həyat, 6 aprel 1908, N 76
1907–1908-ci illərdə Məhəmməd Hadi artıq Azərbaycan şairləri arasında görkəmli simalarından sayılırdı. "Nəğmeyi-əhraranə", "Duşizeyi-hürriyətə", "Gül, sevdiyim, gül" ("Huriyi-hürriyətə"), "Ədvari-təcəddüd", "Əsari-inqilab" və s. şeirlərində Məhəmməd Hadi bilavasitə və ya dolayısı ilə azadlıqdan danışırdı.
1908-ci ildə çıxmış "Firdovsi-ilhamat" kitabına "Varmı bundan yuxarı uçmağa istedadım" misrası ilə başlanan "Cəhalətimdən şikayət", "Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız" misrası ilə başlanan "Bu da bir həqiqət", "Afərin olsun sənə, filusufi-zifunun" misrası ilə başlanan "Şeyxlərə-işanlara", "Sofi, gəl öyrən həyatın tərzini heyvandan" misrası ilə başlayan "Söfiyə-zahidə" və b. şeirləri, məqalələri, tərcümələri daxil edilmişdir.
Şeirləri
1906
Poemaları Beşikdən məzara qədər bəşərin əhvalı; Aləmi-müsavatdan; İranlı qardaşlarıma; İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah
İqtibas və tərcümələri "Ədl-zülm, yaxud bir xərabəzarın mənzərəsi"; "Cavanmərdlik yaxud fəzaili-aliyyə" Sədi Şirazidən); "Şamda qəhətlik"; "Hekayeyi-eşq"; "Məhəmmədəli Mirzənin nəzəri-diqqətinə ədalətli bir vəsiyyət"; "Mütaliəyə dair"; "Nəsimi-səbaya niyaz"; "Zümzümeyi-aşiqanə"; "Dinlə, gözəlim!"; "Ümidi-visali-canan, yaxud qəm yemə" (Hafiz Şirazidən); "Təraneyi-tövhid"; "Bir iranlının lisanından"; "Ədib Nizaminin oğluna verdiyi nəsihəti-pədəranəsi"; "Mərəzi-ibrət, yaxud Şamda qəhətlik" (Sədi Şirazi); "Zahirpərəst alimlərə"; "Təraneyi-zəfər"; "Tövbə-istiğfar"; "Xəmseyi-Nizamidən tərcümə"; "Nəvahati-vətən"; "Hər gülşəndən bir çiçək"; "İlhami-Xəyyam" "Vəhdaniyyətvə maarif" (Sənai Qəznəvidən);
Məhəmməd Hadi və "Həyat" qəzeti
XX əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyasi durumu vaxtında, düzgün qiymətləndirən milli ziyalılar anadilli məktəb və mətbuat qıtlığından əziyyət çəkən azərbaycanlıları elmsizlik və məlumatsızlıqdan qurtarmaq üçün cəsarətli addımlar atdılar. Milllətin tərəqqi və özünüdərkinə gərəkli olan, illərdən bəri milli ziyalıların həsrətində olduqları qəzet və jurnallar ardıcıl şəkildə çap olunmağa başladı. Beləliklə, belə bir əlverişli vaxtda Azərbaycan Milli Mətbuatının bünövrəsi üçün "Əkinçi" qəzetinin (1875–1877) oynadığı rolu XX əsr milli mətbuatımız üçün oynaya biləcək bir mətbuat orqanı — "Həyat" qəzeti çap olunmağa başladı. Milyonçu, messenat H. Z. Tağıyevin maddi yardımı, gələcək Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcı və başçılarından biri Ə. Topçubaşovun naşirliyi, böyük fikir sahibləri olan Ə. Hüseynzadə və Ə. Ağayevin (Ağaoğlu) müştərək redaktorluğu ilə 1905-ci il iyun ayının 7-də Bakıda Azərbaycan türkcəsində fəaliyyətə başlayan bu qəzet Azərbaycan və Qafqaz həyatının güzgüsü rolunu oynuyurdu. Millətin məhrumiyyətlərə düçar olmasının əsas səbəbini maarif və mədəniyyətin yoxluğunda görən gənc Məhəmməd Hadinin "Bəyani-həqiqət" adlı ilk məqaləsi:
"Həyat" qəzeti, 23 iyul 1905-ci il, № 35
Elmsizlik millətin bərbad və pərişan olmasına ən kəskin bir vasitədir və bu fəna əhvalın məzərrəti kimə aiddir, kimə racedir, kimsəyə yox, kəndimizədir.
"Ən əhsənətum la nəfsəkum", hərgah yaxşı eləsəniz kəndi nəfsinizə edəcəksiniz. Fənalıqda etsəniz, yenə nəfsinizə racedir, miləli-xariciyə məzərrət deyil.
Bizim cahilanəmiz mocibi-mənfəət olur, olacaq və hala olmaqdadır.
Xütteyi-Çində sərzədeyizühur olan bir ovuc yaponlardan dərsi-ibrət alalım.
Baxınız, maarifləri sayəsində dərəceyi-kəmalə əcnihəkaşi-savad olublar. Cahani-vəhşəti deyil, aləmi-mədəniyyəti böylə heyrətə salıbar Maarif, mədəniyyət, milli oyanış, dil, din və s. bu kimi problemlərə yer ayıran qəzetdə Ə. Hüseynzadə, Ə. Ağayev, H. Zərdabi, N. Nərimanov, Ə. Haqverdiyev və b. nisbətən təcrübəli qələm sahiblərinin imzası ilə yanaşı yeni bir imza da görünməyə və dərhal da oxucuların diqqətini cəlb etməyə başladı. Bu imzanın sahibi Əbdülsəlimzadə Məhəmməd Hadi Şirvani idi. 1905-ci ilin yayında Kürdəmirdə yaşayan və yazılarını oradan Bakıya, "Həyat" qəzeti redaksiyasına göndərən Məhəmməd Hadi ilk yazılarında qəzetdə əsərlərini oxuduğu ziyalıların, daha çox Əli bəy Hüseynzadənin müzakirə obyektinə çevirdikləri məsələlərə münasibət bildirir və məqalələri içərisində bəzən mövzuya uyğun mənzum parçalar da verməsi Məhəmməd Hadinin eyni zamanda şeir yaradıcılığına böyük marağı olduğunu göstərirdi.Seyid Hüseyn (Kazımoğlu), Ədəbiyyatımız tarixindən: Əbdülsəlimzadə Məhəmməd Hadi, Maarif və mədəniyyət jurnalı 1923, N3 "Həyat" qəzetinin 23 iyul 1905-ci il tarixli 35-ci nömrəsində "Əbdülsəlimzadə Şamaxiyi" imzası ilə çap etdirdiyi "Bəyani-həqiqət" adlı məqaləsi ilə başlayan Məhəmməd Hadi qısa bir zamanda "Həyat"ın ən fəal yazarlarından birinə çevrilir.Azərbaycan uşaq ədəbiyyatı antologiyası, 3 cilddə. II cild. Bakı, "Öndər nəşriyyat", 2004, 264 səh
Başlıca mövzuları "mətbuatın, elm və mədəniyyətin faydası, sənaye, azadlıq hərəkatı, yeni nəslin tərbiyəsi, qadın azadlığı, dünyəvi elmlər, Vətənin tərəqqisi, cəhalətdən xilas olmaq, mədəniyyət səviyyəsini yüksəltmək, insani hisslərin müqəddəsiliyi və s." idi.
İlk yazılarında Məhəmməd Hadi belə düşünürdü ki, İslam millətinin firavan günə çıxmağının başlıca yollarından biri, bəlkə də birincisi maarifə tapınmaqda və Qurani-Kərimin göstərişlərinə əməl etməkdədir. Əsərlərində tez-tez "Utlubul elmu minəl-məhdi iləl-ləhdi" (Beşikdən məzara qədər elmi öyrənin) ayəsinə müraciət edən Məhəmməd Hadi "Həyat" qəzetində çap etdirdiyi məqalə, şeir və tərcümələrinin əksəriyyətində belə bir ideya irəli sürürdü ki, elm, maarif və mədəniyyət kəsb etmədən insanın xoşbəxliyi barədə düşünmək xoş xəyal, mənasız məşğuliyyətdir.
Məhəmməd Hadi "Həyat" qəzetində 3 istiqamətdə fəaliyyət göstərmişdir:
Şair kimi; Publisist kimi; Tərcüməçi kimi
"Həyat" qəzeti fəaliyyətini dayandırmasına qədər Məhəmməd Hadi qəzetin ən fəal yazarlarından biri olaraq qalmışdı.
"Həyat"da çap olunmuş şeirləri XX əsrin əvvəllərindən Azərbaycan poeziyasının romantizm janrında yazılmış Məhəmməd Hadinin "Həyat" qəzetində, ümumən mətbuatda çap olunmuş ilk şeiri "Lövhi-məkatib" adlanır. Sərlövhədən sonra verilən "Övladi-millətə hədiyyeyi-kəmtəranəmdir" cümləsi ilə oxuculara təqdim olunan və şairin ölümündən sonra çap olunmuş kitablarının heç birinə düşməyən bu şeir qəzetin 29 noyabr 1905-ci il tarixli 109-cu nömrəsində çap olunmuşdu. İyirmi altı misradan ibarət olub, qəsidə formasında olan şeirdə şair məktəbi millətin yaşayışı, inkişaf və tərəqqisi üçün başlıca vasitə hesab edir. Şeirin bütün misraları "məkatib" sözü ilə başlayır:
Bundan başqa Məhəmməd Hadi bu qəzetdə müxtəlif şeirlər də dərc etdirmişdi:
"Maarifin və kitabi-müqəddəsimiz Qurani-kərimin şənində", (12 beytlik şeir); "Hürriyyət aləmi" (XX əsrin böyük Osmanlı türk şairi Namiq Kamaldan, onun "Nə əfsunkar imişsən, ah, ey didari-hürriyyət" misralı şeirindən təsirlənərək yazılmış 14 beyt, 28 misradan ibarət); "Qüdsiyyət və ülviyyəti-islamiyyəyə bir nəzər" ("İslamiyyətin" rədifli 20 beytlik qəsidə formasında); "Məktəb nə demək? Məktəb əxlaq və ədəbdir"(altılıq-müsəddəs formasında yazılan, "Firdovsi-ilhamat"dan götürülərək şairin kitablarında "məktəb" adı ilə çap olunmuş);