Məzmun "Sonuncu Şahid" Selcan (Məsmə Aslanqızı) adlı qızdır. O, qətl hadisəsinin şahidi olur. Qətli törədən Samir (Vüqar Əbdülov) digər şahidləri müxtəlif yollarla susdurmağa nail olur. Təkcə Selcandan başqa. Selcan hədə-qorxulara baxmayaraq öz vicdanının əksinə gedə bilmir və son məqamda məhkəmədə ifadə vermək qərarına gəlir. Çünki bütün günahlar həmin gecə Selcanı canilərin əlindən xilas edən Azər Səmədzadənin (Samir Qulamov) üstünə atılmışdı. Selcanın ifadəsindən sonra Azər azadlığa buraxılır, lakin, hadisələr daha da qabarıq hala gəlir. Samir öz dəstəsi ilə bir-bir şahidləri aradan götürməyə başlayır. Əlbəttə Selcan da təhlükə altında qalır. Hətta Samirin dəstəsi işi aparan hakim Sədi Həsənzadənin (Əliabbas Qədirov) nəvəsi Fərruxu (Murtuz Ələsgərov) da qaçırır ki, məhkəmədə işi Samirin xeyrinə həll etsin. İş elə gətirir ki, təsadüf nəticəsində Selcanın nişanlısı Mətin Şahsuvarov (Elşən Rüstəmov) Azər Səmədzadə ilə birləşib Fərruxu canilərin əlindən qurtarır.
Kriminal mövzuda çəkilmiş bu filmdə yaşlı nəslin nümayəndələri ilə yanaşı, işıqlı ideyalarla yaşayan gənclərin cinayətkar ünsürlərə qarşı prinsipial mübarizəsi əks etdirilir.
Film haqqında Serialın 1-ci seriyası "Əbədi Selcan", 2-ci seriyası "Şahid var", 3-cü seriyası "Həqiqət sorağında", 4-cü seriyası isə "İflasa doğru" adlanır.
Filmdə gənc Selcanı yaşlı Selcana bənzətmək üçün aktrisa Məsmə Aslanqızının gözlərinə linza taxılmışdır. Çünki yaşlı Selcanı oynayan aktrisa Suğra Bağırzadənin gözləri mavidir.
Səhv Montaj səhvi: Filmdə iki qara "Cip" markalı avtomobil sahildə üz-üzə gəlir. Sonra səhnə dəyişir və Mikayılla (Anar Heybətov) Samir (Vüqar Əbdülov) kafedə otururlar. Sonra yenə sahildəki səhnəyə qayıdırıq və Vüqarla Mikayıl maşından düşürlər. Deməli onlar eyni vaxtda həm kafedə, həm də sahildədirlər.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Aydın Ağazadə Quruluşçu rejissor: Məhərrəm Bədirzadə Quruluşçu operator: İzzət Əzizov, Aydın Mansurov Rəssam: Rəfael Əlizadə Montaj rejissoru: Nasir Salamov (Nəsir Salamov kimi) Səs rejissoru: Firudin Bağıroğlu Musiqi Tərtibatı: Firudin Bağıroğlu Operator: Mahmud Əhmədov İşıq rəssamı: Mahmud Əhmədov Rejissor: Emil Abdullayev, Almaz Məmmədova Qrim rəssamı: Elbrus Vahidov, Zemfira Cəfərova Kompüter qrafikası: Mirzə Qurbanov Rejissor assistenti: Dilşad Baxşəliyeva, Cavid Novruzov, Zaur Ağaoğlu, Günel Babayeva Sürücü: Qərib Əliyev İşıqçı: Tərlan Qafarov Məsləhətçi: Ənvər Seyidov (hüquq elmləri namizədi) Redaktor: Mailə Muradxanlı Filmin direktoru: Faiq Abbasov Musiqilərindən istifadə edilən bəstəkar: Rauf Əliyev ("Vahimə" filmindən), Xəyyam Mirzəzadə ("Güllələnmə təxirə salınır" və "Afroditanın qolları" filmlərindən), Müslüm Maqomayev ("Burulğan" filmindən)
Rollarda Füzuli Hüseynov — Oqtay Səmədzadə Məsmə Aslanqızı — Selcan Suğra Bağırzadə — Selcan Samir Qulamov — Azər Səmədzadə Əliabbas Qədirov — Sədi Həsənzadə Hicran Nəsirova — Aybəniz Həsənzadə Vüqar Əbdülov — Samir Mələk Həsrətova — Sənubər Anar Heybətov — Mikayıl Sona Məmmədova — Samirin tanışı Rüfət Axundov — İlkin Əminə Babayeva — Selcanın nənəsi Elşən Rüstəmov — Mətin Şahsuvarov Nicat Kazımov — Kapitan Sərvətov Mətləb Abdullayev — Vəkil Elxan Quliyev — İttihamçı Vüsal Mehrəliyev — Samirin dostu Rafiq Hüseynov — Qaya Füzuli Məmmədov (aktyor) — Polis rəisi Arzu Hüseynov — Ramiz Hüseynov Zemfira Orucova Murtuz Ələsgərov — Fərrux Mikayıl Nəsirov — yalançı şahid Səmayə Məmmədova Cavid Novruzov Nağı Qocayev Ağaqulu Manafov Hasil Adiloğlu Firuz Xudaverdiyev — Samirin adamı Məmmədkamal Kazımov — qoca Bəxtiyar Babayev Bəxtiyar Hüseynov Zümrüd Məmmədova — İlkinin anası Elxan Qurbanov — prokuror Məhərrəm Bədirzadə — Qədir Vüqar Axundov — uşaq qaçıran Filmi səsləndirənlər: Həmidə Ömərova — Selcan (Suğra Bağırzadə) (titrlərdə yoxdur)
Xarici keçidlər Filmi izlə
Kateqoriya:2004-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Cinayət filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:Bədii televiziya filmləri