Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə mayın 24-ü İsveçrənin Luqano şəhərində keçirilib. Müsabiqənin aparıcısı Loenqrin Filipello olmuşdur. Müsabiqədə 7 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi isə İsveçrəni təmsil edən Liz Assianın oxuduğu Refrain adlı mahnı olmuşdur. Müsabiqənin keçirildiyi zalda kamera olmasına baxmayaraq müsabiqə bir radio proqramını xatırladırdı. Bunun səbəbi o vaxtlar avropalıların çoxunun televizorunun olmaması idi. Bu müsabiqə ondan sonra keçirilən müsabiqələrdən bir çox cəhətdən fərqlənirdi. Belə ki 1956-cı il müsabiqəsində hər ölkə iki mahnı ilə təmsil olunurdu, səsvermə gizli keçirilirdi. Yalnız bir aparıcı var idi. Müsabiqənin tam lent yazısı indiki dövrə gəlib çıxmayıb.
Tarixi
1955-ci ildə Monakoda Avropa Yayım İttifaqı üzvləri İtaliyada keçirilən Sanremo Musiqi Festivalından ilhamlanaraq bütün Avropanı əhatə edən musiqi müsabiqəsi təşkil etmək barədə müzakirələr apardılar. Müzakirələrin gedişində Avroviziya Mahnı Müsabiqəsini keçirmək qərara alındı. Qərara görə, müsabiqə növbəti il İsveçrənin Luqano şəhərində keçirilməli idi.
Keçirildiyi yer
Müsabiqənin keçirilməsi üçün seçilən yer İtaliya ilə sərhəd italyan dilli əyalətdə, İsveçrənin cənubunda yerləşən Luqano gölünün yerləşdiyi Luqano şəhərindəki Teatro Kursaal zalı idi. Luqano əhalisinə görə İsveçrənin 9-cu böyük şəhəri idi və həmçinin İtaliyadan kənarda yerləşən ən çox italyan dilində danışılan şəhərdir. Müsabiqə italyan dilində keçirildi.
1945-ci ildən 1960-cı illərə kimi İtaliyadan sərmayə axını Luqanonu İsveçrədə üçüncü böyük maliyyə mərkəzinə çevirdi. Şəhər həmçinin 20-ci əsrin birinci yarısında nəqliyyat infastrukturunda inkişafa nail olmuşdu. Otellərdəki inkişaf ilə birlikdə şəhərin turistlərin daha yaxşı qəbul edilməsi arzu edilirdi.
Format Bir saat qırx dəqiqəd davam edən ilk proqram Lohenqrin Filipello tərəfindən təqdim edilib. Müsabiqənin radio proqramı əsasında olmasına baxmayaraq studiyada bəzi avropalıların televizora malik olmasına görə kameralar quraşdırılmışdı.
Səhnəyə müğənnilər tək çıxmalı idi və onların mahnısı üç dəqiqədən çox və yarım dəqiqədən az olmamalı idi. Müğənnini Fernando Pagginin rəhbərlik etdiyi 25 nəfərlik musiqi orkestri müşayiət edirdi. Səsvermə prosesinin uzanmasına görə fasilədə Yoeuks Rossingnols tərəfindən vıyıltı səsi eşidilirdi.
Səsvermə
Bütün iştirakçı ölkələrdən iki münsif Luqanoya gəlmişdi. Yalnız Lüksemburqdan münsiflər heyəti gələ bilməmişdi. Qaydalara görə münsiflərə öz ölkələrinin mahnıları da daxil olmaqla istədikləri mahnıya səs verə bilərdilər. İsveçrəli münsifin Lüksemburqun münsiflərinin əvəzinə səs verə bilməsinə icazə verilmişdi. Bu sistem heç vaxt təkrar olunmadı.
İtən kasetlər Müsabiqə keçirilərkən yayımlanırdı və mərkəzi Avropa ölkələrinin rəsmi yayımçıları tərəfindən yazılmışdı. Lakin həmin müsabiqədən Liz Assianın müsabiqənin sonunda təkrar ifasından başqa heç bir görüntü hal-hazırda yoxdur. Yazılmış nüsxələrin heç biri indiki dövrə kimi gəlib çıxmayıb. Bu 1964-cü il müsabiqəsi ilə birlikdə görüntüləri əlimizdə olmayan iki müsabiqədən biridir. 1964-cü il müsabiqəsinin kasetləri yanğında məhv olub.
İştirakçı ölkələr
İlk müsabiqədə hərəsi iki mahnı ilə təmsil olunan yeddi ölkə iştirak edib. Daha üç ölkə, Avstriya, Danimarka və Böyük Britaniya da müsabiqədə iştirak etmək arzusunda olub, lakin onlar müraciət üçün son tarixdən sonra istəklərini bildirdikləri üçün iştirak edə bilməyiblərə BBC-nin Britaniya Məşhur Mahnısı Festivalı Britaniyanın Avroviziya təmsilçisini seçmək niyyətində idi.
Bələdçilər
Hər çıxışda orkestrə rəhbərlik edən bələdçi var idi.
Hollandiya - Fernando Paqqi İsveçrə - Fernando Paqqi Belçika - Leo Suris]] Almaniya - Fernando Paqqi Fransa - Frank Pursel Lüksemburq - Yakez Lasri İtaliya - Qian Stellari
Nəticələr
# ÖlkəDilİfaçıMahnıTərcüməYer1 Niderland Niderlandca Yetti Parl De vogels van Holland Hollandiyanın quşları 142 İsveçrə Almanca Liz Assia Das alte Karussell Köhnə karusel 103 Belçika Fransızca Fud Leklerk Messieurs les noyés de la Seine Senaya qərq olan insanlar 34 Almaniya Almanca Valter Andreas ŞvarçIm Wartesaal zum großen Glück Böyük xoşbəxtlik üçün gözləmə otağı 25 Fransa Fransızca Mate Alteri Le temps perdu İtirilmiş vaxt 126 Lüksemburq Fransızca Mişel Arnaud Ne crois pas İnanma 137 İtaliya İtalyanca Franka Raymondi Aprite le finestre Pəncərələri açın 58 Niderland Niderlandca Kori Brokken Voorgoed voorbij Əbədidən də üstün 79 İsveçrə Fransızca Liz Assia Refrain Çəkin 110 Belçika Fransızca Moni Mark Le plus beau jour de ma vie Həyatımın ən gözəl günü 1111 Almaniya Almanca Fredi Kvin So geht das jede Nacht Hər gecə bu cür 912 Fransa Fransızca Dani Doberson Il est là O, burdadır 413 Lüksemburq Fransızca Mişel Arnaud Les amants de minuit Gecəyarı aşiqləri 614 İtaliya İtalyanca Tonina Toriyelli Amami se vuoi İstəsən, sev məni 8
Beynəlxalq yayımçılar
İştirakçı ölkələrin milli yayımçıları öz dillərində müsabiqəni təsvir etmək üçün müsabiqəyə şərhçilər göndərmişdi.
- Piet te Nuyl (NTS) - Corces Hardi (TSR) - Janine Lambotte (INR), Nand Baert (NIR) - Volf Mittler (Deutsches Fernsehen) - Michèle Rebel (RTF)
- Yaquez Navadic (Tele Lüksemburq) - Bianka Maria Pitchinino (Proqramma Nazionale) (iştirakçı olmayan ölkə) - Volf Mittler (ORF) (iştirakçı olmayan ölkə) - Gunnar Hansen (Statsradiofonien TV) (iştirakçı olmayan ölkə) - Vilfred Tomas (BBC)
Həmçinin bax
Avroviziya Mahnı Müsabiqəsi
İstinadlar
Xarici keçidlər
Eurovision Song Contest
Kateqoriya:1956-cı ildə İsveçrə